
Distant Təhsil
Distant təhsil nədir?
Məsafəli təhsil (Distant) proqramı, təhsil müəssisələrinin, tələbələrin tək başına təhsili reallaşdırmasına kömək etmək üçün müəyyən bir nizamda hazırladıqları dərs proqramı ilə həyata keçirilən işə verilən addır. Bu sistemdən istifadə etmək istəyən tələbələr faks, poçt və ya e-poçt kimi üsullarla tələbələrə, ixtisaslı bir müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları verilir. Daha sonra tapşırıqlar və sınaqlarla bağlı qiymətləndirmələr edilir.
Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır.
Məsafəli təhsil uzaqda olan bir tələbə ilə birbaşa əlaqə qurularaq reallaşdırılan təhsildir. Məsafəli təhsil proqramı təhsil sahəsində ən ön planda yerini alan bir üsul ola biləcəyi kimi digər üsulları möhkəmlədən bir proqram olaraq da şərh olunur.
Peyk, video, audio qrafik, kompüter, multimedia texnologiyası kimi elektron vasitələrin köməyi ilə, təhsil uzaqdakı tələbələrə çatdırılır. Başlanğıcda təhsil proqramına möhkəmlətmə olaraq ortaya qoyulan məsafəli təhsil proqramı, sonralar təhsil sahəsində çox rəğbət görən bir proqram oldu. İndiki vaxtda kolleclər, universitetlər, kiçik ya da böyük iş qrupları, təhsil agentləri, hərbi qüvvələr, dini təşkilatlar, sənaye təşkilatları, özəl sahibkarlar və digər sahələr Distant Təhsilə böyük önəm verirlər.
İşinizi boş buraxmadan, olduğunuz yerdən ayrılmadan və ya müəyyən bir gəlir itkisi olmadan müəyyən bir sahədə təhsil almaq istəyənlər üçün uzaqdan təhsil proqramı yaxşı bir fürsətdir. Məsafəli təhsil proqramında həm qazanır, həm də təhsilinizi tamamlayırsınız. Son illərdə telefon xəttinin, fərdi kompüterlərin, video vasitələrinin, CD-ROM və internet üzərindən həyata keçirilən online kursları istifadəsinin yayılmasıyla uzaqdan təhsil interaktiv, dinamik və olduqca canlı bir ölçü qazanmışdır.
Məsafəli təhsil
Distant Təhsildə tapşırıqlar, testlər və əlavə materiallar tələbəyə elektron variantda internet vasitəsilə göndərilir, tələbə də bütün testləri, çalışmaları yerinə yetirərək fərdi qaydada öz biliklərini artırır. Proqramın tələblərindən asılı olaraq siz demək olar həm bütün proqramı elektron varianatda götürə bilərsiniz və ya bir neçə dərsi. Deyək hər hansı universitetdə oxuyursunuz. Yayda həm istirahət etmək istəyirsiniz həm də müəyyən əlavə dərslər götürmək istəyirsiniz. O zaman siz istənilən yerə gedib həm ailənizlə birlikdə ola və dərslərinizi distant sistem vasitəsi ilə həll edə bilərsiniz. Bu da sizə böyük imkanlar və rahatlıq verəcəkdir.
Nəticə olaraq bu təhsil sisteminin tələbələr üçün üstünlüklərini aşağıdakı kimi sıralamaq olar:•Ölkəni tərk etmədən xarici universitetlərdə təhsil almaq imkanı
•Təhsilin sürətini tənzimləmədəki sərbəstlik
•Həm oxuyub, həm də işləmək imkanı
•İşdən sonra, asudə vaxtlarda və evdə oxuma imkanı•
•Nəqliyyat xərclərinin azalması və ya tamamilə yoxluğu,
• Səyahətdə olarkən də təhsil almaq imkanı.
Distant təhsilin üstünlükləri
Distant Təhsildə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi vardır. Təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər. Bu baxımdan müxtəlif məqsədlərlə istənilən təhsil proqramı sahəsində həyata keçirilə bilən distant təhsil sisteminin funksiyaları da genişdir.
-
Yaş qrupları arasında təhsil balansının təmin edilməsi
-
İkinci dəfə təhsil almaq imkanının təmin edilməsi
-
Geniş kütlələr üçün məlumat və təhsil kampaniyalarının həyata keçirilməsi,
-
Hədəf qruplara treyninqlərin verilməsi
-
Hədəf qrupların digər ehtiyaclarının təmin edilməsi
-
Yeni sahələrdə təhsilin verilməsi,
-
Təhsili geniş coğrafiyada əldə etmənin təmin edilməsi,
-
Təhsilin işlə və ailə həyatı ilə kombinasiyasının təmin edilməsi,
-
Bacarıqların inkişaf etdirilməsi,
-
Transmilli proqramların təklifi və s.
-