Sosial dövlət anlayışına görə fərdlərin yaşadıqları cəmiyyətdə sağlam, uzun ömürlü və müstəqil həyat sürmələrini təmin etmək çox vacibdir. Bu anlamda əlilliyi olan şəxslər gündəlik həyatlarında əlilliyin növü və səviyyəsinə görə müxtəlif çətinliklərlə qarşılaşırlar və bu sahədə mütəxəssis dəstəyinə ehtiyac duyarlar.
Əlillərə Qulluq və Reabilitasiya üzrə Subbakalavr Proqramının da məqsədi belə qayğı və reabilitasiya xidmətlərinə ehtiyac duyan şəxslərin ehtiyaclarını ödəyən , onlara gündəlik həyat şəraitlərini asanlaşdırmaqda yardım edən ixtisaslı insan resursları yetişdirməkdir
*Proqramı uğurla başa vuran məzunlar ixtisasları üzrə Texnik ünvanı qazanmış olurlar.
Əlillərə Qulluq Teknisyenləri kimi bir çox rəsmi və özəl qayğı və reabilitasiya mərkəzində, qocalar evlərində və sağlamlıq xidmətləri göstərən tibb mərkəzlərində çalışa bilərlər. Poliklinikalar, xəstəxanalar, fiziki müalicə və reabilitasiya bölmələri, həmçinin əlillərin fərdi evləri də iş sahələrinə daxildir.
* Əlillərə Qulluq və Reabilitasiya üzrə Subbakalavr Proqramının tələbələri, məcburi 25 iş günü stajı keçməlidirlər.