Image by Barrett Ward

Logistika (Lojistik)

Logistika Subbakalavr Proqramı bəzi dövlət və özəl qurumlarda nəqliyyat, gömrük rəsmiləşdirilməsi və paylanması kimi xidmətlərdə işləmək üçün mütəxəssisləri yetişdirən bir proqramıdır.

 

Proqramı uğurla başa vuran məzunlar fabriklərdə və anbarlarda, nəqliyyat vasitələrinin yükləmə-boşaltma sahəsi kimi açıq və qapalı mühitlərdə işləyirlər. İş prinsipi isə, yüklənəcək nəqliyyat vasitələrinin fiziki nəzarətinin, malların anbarlara giriş-çıxışının sistematik şəkildə təmin edilməsini, sənədlərin düzəldilməsini, malların sürətli, təhlükəsiz və vaxtında daşınmasını və müştəri məmnuniyyətinin təmin edilməsidir.

Loqistika üzrə məzunlar loqistika şirkətlərində və karqo şirkətlərində, həmçinin gömrük, hava yolu, dəniz və dəmir yolu şirkətlərində də işləyə bilər.