Şimali Kipr Türk Respublikasının yaranmasının 35-ci il dönümü qeyd olundu

13 noyabr 2018-cil il tarixində Şimali Kipr Türk Respublikasının  yaranmasının 35-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir. Keçirilən tədbirdə Şimali Kipr Türk Respublikası Azərbaycan üzrə Nümayəndəsi Ufuk Turganer, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycan Mətbuat Şurasının Sədri,  Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşov, Azərbaycan Milli Məclisinin deputatları, Universitet rektorları, həmçinin Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, Azərbaycanın  elm adamları, Azərbaycanda fəaliyyət göstərən türk təşkilat və qurumlarının nümayəndələri, ictimaiyyət nümayəndələri və eləcə də media qurumlarının rəhbərləri iştirak edib.

Tədbirin giriş hissəsi Azərbaycan Respublikasının və Şimali Kipr Türk Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edən Şimali Kipr Bakı təmsilçisi Ufuk Turganer iştirakçıları salamlamış, Şimali Kiprin yaranma tarixindən bəhs edərək, böyük Mustafa Kamal Atatürkü, həmçinin Fazıl Küçük, Rauf Denktaş kimi Şimali Kipr Türk Cümhuriyyətinin tarixində xüsusi yeri olan şəxsiyyətlərini, Türk dünyasının şəhidlərini, Türkiyənin 15 iyul şəhidlərini böyük sayğı ilə anmışdı.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Şimali Kipr Türk Respublikasının yaranmasının 35 illik yubileyi münasibətilə Kipr türklərini təbrik etdi. Azərbaycanlıların Şimali Kipr Türk Respublikasını  və Kipr türklərini çox sevdiyini vurğulayan Amaşov, Şimali Kipr Türk Respublikasının səhiyyə və təhsil sahələrində çox əhəmiyyətli uğurlar əldə etdiyini qeyd etdi.

Daha sonra tədbir musiqi proqramı və bu özəl günlə bağlı ziyafətlə davam etmişdir.


#KKTC #Kipr #AnadoluUniversiteti #KiprRespublikasi #tedbir #AzerbaycanProqramlari

anadolu-üniversitesi-büyük.jpg

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları