top of page

Azər Hətəmov Komrat Dövlət Universitetində olmuşdur.

Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Komrat Dövlət Universitetində olmuşdur. Ötən xəbərlərimizdə məlumat verdiyimiz kimi, ATİB İdarə Heyətinin sədri Cemal Yangın və Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, fevral ayının ilk ongünlüyündə Moldovada işgüzar səfərdə olmuşdurlar. Səfər çərçivəsində onlar və ATİB İdarə Heyətini təmsil edən heyət Qaqauziya Muxtar Respublikasının başçısı İrina Vlaxla görüşmüşlər, həmçinin Moldovanın Komrat Dövlət Universitetində olmuşlar. Qonaqları Komrat Dövlət Universitetinin rektoru Zakariya Sergey Konstantinoviç qəbul etmişdir. Görüş zamanı Azər Hətəmov, Komrat Dövlət Universitetinin rektoruna Anadolu Universiteti və Anadolu Universiteti Azərbaycan Proqramları haqqında, həmçinin Distant Təhsil Sistemi (Açiköğretim Sistemi) haqqında məlumatlar verərək, Anadolu Universitetində mövcud olan distant təhsil sisteminin keyfiyyət və üstünlüklərindən ətraflı məlumat vermişdir. Komrat Dövlət Universitetinin rektoru Zakariya Sergey Konstantinoviç rəhbərlik etdiyi təhsil qurumu haqqında məlumat verərək, Anadolu Universiteti ilə əməkdaşlıq etməkdən öz məmnunluğunu bildirmişdir. Görüşdə Komrat Dövlət Universitetinin Prorektorları da iştirak etmişdirlər. Eyni zamanda Koordinator Azər Hətəmov Universitetdə ali təhsil alan Azərbaycanlı tələbələrlə də görüşmüşdür. Daha sonra Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Qaqauziya təhsil başkanı Sofiya Torlak ilə görüşmüş və həmin gün Komrat şəhərinin bir neçə orta təhsil müəsissələrinin qonağı olmuşdur. Komrat şəhər orta məktəbinin yuxar sinif sagirdləri qonağı duz çörəklə qarşılamış və şeirlər söyləmişlər. Sonda Koordinator Azər Hətəmov məktəbin akt salonun da məktəblilər tərəfindən hazırlanmış konsert proqramını izləmişdir.














65 views
bottom of page