top of page

Anadolu Universiteti Azərbaycan Proqramlarının 2018-2019 Dərs ilinin Açılış Tədbiri keçirilmişdir

28 Noyabr 2018-ci il tarixində Anadolu Universiteti Azərbaycan Proqramları üzrə 2018-2019 Dərs ilinin Açılış Tədbiri keçirilmişdir.Tədbirə videokonfrans bağlantısı vasitəsilə Türkiyənin Eskişehir şəhərindəki “Anadolu Universiteti studiyası”ndan Anadolu Universitetinin rektoru Prof.Dr. Şafak Ertan Çomaklı, Açıköğretim Fakültəsi Dekanı Yücel Güney, Dekan müavini Doç.Dr.Alper Tolga Kumtepe, Açıköğretim Fakültəsi Dekan müavini  Doç.Dr.Mehmet Fırat ,Açıköğretim Fakültəsi Dekan müavini  Doktor Öğretim Üyesi Serpil Koçdar, İşletme Fakültəsi Dekan müavini Ergün Kaya, Açıköğretim Fakültəsi Öğrenme Teknolojileri Ar-Ge Birimi öğrenci müavini Aras Bozkurt, Emel Güler, Universitetin “Azərbaycan  Proqramları Bakı studiyası”ndan Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, ATİB İH-nin Sədri Cemal Yangın,Türkiyənin Azərbaycandakı Səfirliyinin katibi Tuğba Uzel,Türkiyə Səfirliyinin Mətubat müşaviri Hamit Karadeniz, Anadolu Universiteti Azərbaycan Proqramlarının rəhbərlik və digər əməkdaşları  və Anadolu Universitetinin  Azərbaycandakı bir qrup tələbəsi iştirak etmişdirlər. Tədbiri giriş sözü ilə açan Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov Eskişehir studiyasında və Bakı studiyasındakı  qonaqları salamlamış, hər iki studiyadakı qonaqları bir-birinə  təqdim etmişdir və Anadolu Universitetinin Azərbaycandakı  tələbələrini dərs ilinin açılışı münasibəti ilə təbrik etmiş, onlara yeni dərs ilində uğurlar arzulamışdır. Anadolu Universiteti Azərbaycan Proqramları haqqında geniş məlumat verən koordinator sonra sözü Anadolu Universiteti Rektoru Prof.Dr. Şafak Ertan Çomaklıya vermişdir. Rektor Şafak Ertan Çomaklı ilk önce Anadolu Universitetinin Azərbaycandakı tələbələrini təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır.Rektor Universitetin qarşısında duran,tələbələrə yönəlik işlər haqqında qısa bilgilər vermiş və növbəti aylarda Azərbaycana səfəri çərçivəsində Anadolu Universitetinin Azərbaycandakı tələbələri ilə görüşmək və onlarla daha yaxından tanış olmaq imkanının olacağını da bildirmişdir. Açıköğretim Fakültesi Dekanı Prof.Dr.Yücel Güney də öz növbəsində tələbələri yeni dərs ili münasibətilə təbrik etmişdir.Dekan Universitetin Azərbaycandan təhsil alan tələbələrinə xidmət verilməsindən çox məmnun olduğunu qeyd edərək, gələcəkdə yeni texnologiyalar vasitəsilə daha da uğurlu nəticələrin əldə ediləcəyini bildirmişdir.Yücel Güney Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyindən böyük dəstək aldığını da qeyd etmişdir. Anadolu Universitetinin tərəfdaşı olan ATİB İH-nin sədri Cemal Yangın öz çıxışında ötən 8 ilə nəzər salaraq dedi ki, hər iki ölkə tərəfindən dəstək alan bu layihənin Azərbaycanda reallaşması gündən-günə inkişaf edən Azərbaycan iqtisadiyyatı üçün çox əhəmiyyətlidir. Məqsəd əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadr hazırlamaqdan ibarətdir. Bu cür təhsil forması gənclərə təcrübə ilə təhsili birləşdirərək eyni vaxtda oxumağa və işləməyə imkan yaradır. Biz bundan sonra da əlimizdən gələn köməyi etməyə hazırıq söyləmişdir.Sonra Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin katibi Tuğba Uzel,Səfirliyin mətbuat müşaviri Hamit Karadeniz çıxış edərək Anadolu  Universitetinin Azərbaycandakı türk vətəndaşları ilə yanaşı qardaş Azərbaycan vətəndaşlarına da uzaqdan təhsil yolu ilə təhsil imkanı yaratmasını təqdirə layiq olduğunu bildirmişdirlər. Tədbirdə iştirak edən  Anadolu Universiteti 2015-ci ildə “İqtisadiyyat” fakultəsindən fərqlənmə diplomu ilə məzun olan Fidan Həsənzadə və Universitetin “Biznesin təşkili və idarə edilməsi” fakultəsinin “Beynəlxalq  əlaqələr” bölümündən 4 illik bakalavr təhsilini 3 ilə bitirərək, fərqlənmə  diplomu ilə məzun olmuş Gülər Qasımlı Anadolu Universitetinin yaratdığı imkanlar sayəsində yüksək  ali təhsil aldıqlarını və bunun sayəsində bu gün Azərbaycan  iqtisadiyyatının müxtəlif sahələrində çalışmaq imkanları əldə  etdiklərini bildirdilər. Məhz buna görə,onlar bu imkanı yaratdıqları üçün  Türkiyə dövlətinə, Anadolu Universitetinə və əməyi keçən hər kəsə öz minnətdarlıqlarını bildirdilər. Anadolu Universitetinin “Beynəlxalq münasibətlər” fakultəsinə  “İngilis dili” bölümü üzrə yeni qəbul olan tələbəsi Ləman Göyüşova öz çıxışını elə ingilis dilində etdi. Ləman Göyüşova bildirdi ki, mən yüngül atletika üzrə idmançıyam. Respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edirəm  və buna görə də mənim əyani formada təhsil almağım mümkün olmurdu,lakin bu il Anadolu Universiteti haqqında internet üzərindən məlumat aldım və hazırda Anadolu Universitetində ingilis dilində online formada ali təhsil almaqdayam. Buna görə öz adımdan və ailəm adından  bizlər üçün bu imkanları yaradanlara təşəkkür edirik. Anadolu Universiteti Azərbaycan Proqramları Tələbə İşləri üzrə rəhbər Araz Hətəmzadə də çıxışı zamanı tələbə adını qazanmış gənclərə yeni dərs ilində uğurlar arzulamışdır.Daha sonra Eskişehir studiyasında Açıköğretim fakultəsi dekan müavinləri çıxış etdilər.Onlar da öz çıxışlarında  müxtəlif vaxtlarda Azərbaycanda ezamiyyətdə olduqlarını, həmin vaxt Azərbaycan Proqramları tələbələri üçün Bakıda yaradılmış şəraitlə yaxından tanış olma fürsəti əldə etdiklərini və tələbələr üçün yaradılmış bu texniki imkanlardan məmnun olduqlarını bildirdilər. Və tədbirin ardından yeni qəbul olan tələbələr “Genel Muhasebe I” dərsindən ilk videokonfrans dərsə qatıldılar.


39 views
bottom of page