top of page

Anadolu Universiteti keyfiyyətli təhsilin ünvanıdır

Mən Anara Məmmədli,

Anadolu Universitetinin Dövlət İdarəçiliyi (Kamu Yönetimi) bölümünün dördüncü kurs tələbəsiyəm. Dörd il öncə çox doğru bir qərar alıb, Anadolu Universitetini seçdim və belə prestijli universitetin tələbəsi olduğum üçün özümü çox şanslı hesab edirəm.  

Hər bir insanın həyatında ixtisas seçimi çox önəmlidir. Seçdiyimiz ixtisas üzrə əsl mütəxəssis kimi formalaşmağımızda isə Anadolu Universitetinin və eləcə də distant təhsil formasının böyük rolu var. 

Dünyada və ölkəmizdə distant təhsil forması çox avantajlı, önəmli və əlverişli təhsil metodlarından biri, hətta birincisidir. Çünki dərslərimizə (xüsusilə də imtahan ərəfəsində) rahat şəkildə, istədiyimiz zaman, istədiyimiz yerdən hazırlaşa bilirik. Universitetimiz bir tələbəyə lazım olan bütün imkanları göstərir. Bunun üçün də, Anadolu Universitetinə sonsuz təşəkkürümü bildirirəm.

Anadolu Universiteti keyfiyyətli təhsilin ünvanıdır.




23 views
bottom of page