top of page

Anadolu Universitetindən 2022-ci ildə məzun olmuş bir qrup tələbələrə diplomları təqdim edildi

26.08.2022 tarixində Türkiyənin Anadolu Dövlət Universitetində Azərbaycanı tərk etmədən, distant formada ali təhsil alaraq “Beynəlxalq Münasibətlər” ("Uluslararası İlişkiler") bölümü üzrə məzun olmuş Aytac Həsənovaya, “İctimaiyyətlə əlaqələr və Reklam” ("Halka İlişkiler ve Reklam") bölümü üzrə məzun olmuş Mədinə Axundovaya, “Beynəlxalq Münasibətlər” (Uluslararası İlişkiler) bölümü üzrə məzun olmuş Ləman Göyüşovaya, “Biznesin Təşkili və İdarə olunması” ("İşletme") bölümü üzrə məzun olmuş Ramil İlyasova və “İdarəetmə və İnformasiya Sistemləri ” ("Yönetim Bilişim Sistemleri") bölümü üzrə məzun olmuş Brilyant Əzizovaya diplomları təqdim olunmuşdur.

Diplomları məzunlara Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə təqdim etmişdir. Araz Hətəmzadə məzunları təbrik etmiş və onlara gələcək iş həyatlarında uğurlar arzulamışdır.

Məzunlarımız da öz növbəsində onlar üçün yaradılan imkanlara görə universitetin rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkürünü bildirmişdilər.

Diplom təqdimatı çay süfrəsi və Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə ilə xatirə şəkli çəkdirilməsi ilə başa çatdı.




bottom of page