top of page

Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan ATİB ofisində qonaq oldu

Updated: Jun 12, 2020

15 dekabr 2014-cü ildə Azərbaycanda səfərdə olan Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan ATİB ofisində qonaq oldu. Görüşdə İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyəti sədrinin müavini Mehmet Sami Acarözmen, İdarə Heyətinin üzvü Aydın Məmmədov və Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru cənab Azər Hətəmov iştirak etdilər. Qonağı salamlayan Cemal Yangın ATİB və fəaliyyətləri haqqında geniş məlumat verdi. Öz növbəsində Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan görüş üçün təşəkkür edərək bildirdi ki, Anadolu Universiteti hazırda tək Türkiyənin deyil, dünyanın ən böyük universitetlərindən biridir. Rektor qeyd etdi ki, hazırkı ciddi rəqabət şəraitində Anadolu Universiteti malik olduğu üstünlükləri reallaşdırmaq üçün artıq ölkə xaricində də fəaliyyətə önəm verməkdədir və məhz bu məqsədlə Azərbaycana səfər edərək mümkün əməkdaşlıq sahələrini tədqiq etmək qərarına gəlmişlər: “Bu baxımdan, ATİB-lə  başladığımız əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik”. Daha sonra görüş iştirakçıları arasında qarşılıqlı fikir mübadiləsi oldu və tərəflər mümkün əməkdaşlıq sahələrini müəyyən etdilər.

#metaslider_13773.flexslider .slides li {margin-right: 5px !important;}

Comments


Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page