top of page

Anadolu Universitetinin stendi, YÖK Virtual Sərgisində diqqət mərkəzinə çevrildi

Updated: Apr 4, 2023

"Universitetinizi Kəşf Edin YÖK Virtual Sərgisi 2021" universitet seçimi ərəfəsində abituriyentlərə dəstək olmaq məqsədi ilə bu il ikinci dəfə 3-6 avqust tarixlərində keçirildi. Abituriyentləri və universitetləri rəqəmsal platformada bir araya gətirən Sərgidə Anadolu Universiteti də öz zəngin proqram kataloqu, kampus və həmçinin təqaüd imkanları haqqında məlumatlandırıcı materialları ilə öz yerini aldı.


Universitetinizi Kəşf Edin YÖK Virtual Sərgisi " nə qatılan 200 ali təhsil müəssisəsindən biri olan Anadolu Universiteti, gələcək tələbələrə onlayn məsləhətçilik xidmətləri göstərərək, abituriyentlərin universitet və Eskişehirlə bağlı suallarını cavablandırdı. Suallarını səsli və görüntülü zəng edərək çatdıran abituriyentlərə yeni açılan şöbələr haqqında da məlumat verildi. Mövcud ixtisaslar, proqramlar, xarici ölkələrlə əlaqələr, kampus və şəhər imkanları, tələbə klubları, cəmiyyətlər, və s. imkanları haqqında məlumatlar verilən Sərgidə Anadolu Universiteti stendi abituriyentlərin diqqət mərkəzinə çevrildi.







Comments


Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page