top of page

ANADOLU UNİVERSİTETİNDƏ ƏN SON EDİLƏN DƏYİŞİKLİKLƏR

Anadolu Universiteti Rektoru  Prof. Dr. Naci Gündoğan, “Açıköğretim Sisteminde” 1.5 milyona yaxın təhsil alan tələbələrə müjdəli xəbərlərini verdi “TEK DERS SINAVI” “ÜÇ DERS SINAVI” İLƏ ƏVƏZ OLUNDU Anadolu Universiteti Rektoru Prof. Dr. Naci Gündoğan “Açıköğretim, İktisat ve İşletme” Fakültələrindən məzun olmasına bir dərsi qalan tələbələrin semestr uzatmamaları üçün tədbiq olunan “Tek Ders Sınavı”nın 2016-2017 tədris ilindən etibarən “Üç Ders Sınavı” ilə əvəz edildiyini bildirmişdir. “Tələbənin “Üç Ders Sınavı”nda   iştirak edə bilməsi üçün 2016-2017 tədris ilində Payız və Yaz semestrlərində həmin dərslərdən qeydiyyatdan keçməsi zəruridir. “Üç Ders Sınavı”nın nəticəsi, “Dönem Sonu” imtahanının nəticəsi ilə əvəz olunacaq. Rektor Naci Gündoğan səbəbindən asılı olmayaraq “Üç Ders Sınavı”nda iştirak etməyən və ya edə bilməyən tələbələr üçün təkrar imtahan təşkil edilməyəcəyini  xüsusilə qeyd etmişdir. Xarici proqramlar üçün “ Üç Ders Sınavı” 13 Avqust 2017-cı il tarixində fakültə idarə heyəti qərarı ilə təyin olunan imtahan mərkəzində keçiriləcək.

3 views
bottom of page