top of page

“Türk ordu quruculuğunda Heydər Əliyev irsi” adlı tədbir keçirildi

Updated: Jun 15, 2020

25 iyun 2015-ci il tarixdə Atatürk Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) və Anadolu Universiteti Azərbaycan Proqramları koordinatorluğunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümünə həsr olunmuş “Türk ordu quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ilk olaraq vətən uğrunda həlak olmuş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbirdə TUMİB-in sədri Çingiz Bayramov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının sədr müavini Cəlil Xəlilov, Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, Gənclər Fondunun vitse-prezidenti Salman Əliyev, , Anadolu Universitetinin dosenti Yaşar Ödül, Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbələri iştirak etdilər. İlk olaraq TUMİB-in sədri Çingiz Bayramovun çıxışından sonra Cəlil Xəlilov, Azər Hətəmov, Yaşar Ödül, Salman Əliyev və Sona Əlizadə mövzu ətrafında geniş söhbətlər apardılar. Tədbirdə çıxış edənlər Heydər Əliyevin Silahlı Qüvvələrin yaradılmasında, inkişafında, gücləndirilməsində və ən müasir hərbi-texniki avadanlıqlarla təmin edilməsində birbaşa rolundan, onun ordu quruculuğundan geniş bəhs etdilər. Vurğulanıb ki, müdrik rəhbər Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı işlər onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuz istənilən vaxt torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Daha sonra Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbələri Səbinə Göyüşova, Ülviyyə Yasinova, Güllər Qasımova, Ramal Paşayev, Asif Hacıyev, Samir Pənəliyev mövzu ətrafında öz fikirlərini paylaşdılar.

Comments


Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page