Azər Hətəmov Gəncə Baş Konsulu Orhan Işıkla görüşmüşdür.

20 Avqust 2015-ci il tarixində Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov Türkiyə Cümhuriyyəti Gəncə Baş Konsulu cənab Orhan Işık`la görüşmüşdür. Səmimi şəraitdə keçən görüşdə Azərbaycandan, o cümlədən Gəncə şəhərindən xeyli gəncin  Türkiyənin Anadolu Universitetində distant formada təhsil aldıqları və Türkiyə dövlətinin Azərbaycanda yaşayan Türkiyə vətəndaşları ilə  yanaşı Azərbaycan vətəndaşları üçün də belə imkan yaratmasının önəmindən bəhs edilmişdir. Həmçinin, T.C. Azərbaycandakı Səfirliyinin və ATİB-in bu layihəyə dəstək göstərməsi də xüsusi vurğulanmışdır. Cənab Baş Konsul Orhan Işık onun tərəfindən də Türkiyənin Anadolu Dövlət Universitetində gənclərin müfəvvəqiyyətlə təhsil almaları üçün lazımı dəstək göstərəcəyini bildirmişdir. Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatorunun Gəncədəki tələbələrlə görüşə gəlmə dəvətini məmnuniyyətlə qəbul edən cənab Baş Konsul bildirmişdir ki, yaxın vaxtlarda Anadolu Universitetində Gəncədən distant formada təhsilalan tələbələrlə görüşə gələcəkdir. Onu da xatırladaq ki, cənab Baş Konsul Orhan Işık 2014-cü ildə vəzifəsinin icrasına başladığı ilk günlərdə ATİB İ.H-nin sədri Cemal Yangının da iştirakı ilə  Anadolu Universiteti Azərbaycan Proqramları tələbələrinə xidmət göstərilən Bakı şəhərindəki binada olmuşdur. O, burada distant formada təhsilalan tələbələr üçün yaradılmış şəraitlə tanış olmaqla yanaşı, Koordinator tərəfindən bu Proqramlar haqqında ətraflı məlumatlandırılmışdır.


#Distanttəhsil #AzerbaycanProgramları #AnadoluUniversiteti #ATIB #distant #distanttehsil #ATİBİH #tələbələr

anadolu-üniversitesi-büyük.jpg

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları