top of page

Azərbaycandan Anadolu Universitetinə əməkdaşlıq səfəri

Updated: Apr 4, 2023

Azərbaycan Dövlət İqtisad Universiteti açıq və uzaqdan(məsafədən) təhsil sahəsində qırx ildən artıq təcrübəsi ilə Türkiyənin ən vacib təhsil müəssisələrində biri olan Anadolu Universitetini ziyarət etdi.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktoru dos. Qasımov Raqif Xanbala oğlu , Azərbaycan Dövlət İqtisad Universitetinin Uzaqdan (məsafədən, distant) Təhsil Mərkəzinin direktoru Əziz Zaur Vaqifoğlu və Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisadiyyat Fakültəsi İqtisadiyyat və Biznesin Təşkili və İdarə edilməsi Bölümü üzrə müəllim Məmmədli Qələndər Rizvan oğlunun da daxil olduğu Nümayəndə heyəti səfər çərçivəsində Açıqöyrətim, İqtisadiyyat və Biznesin Təşkili və İdarə edilməsi Fakültələri ilə Öyrənmə Teknologiyaları Ar-Ge Vahidi (ÖTAG), Test Araşdırma Vahidi (TAB) , Komputer Tədqiqatı və Tətbiqi Mərkəzin (BAUM) haqqında səlahiyyətlilərdən məlumat aldılar.

İki universitet arasındakı əməkdaşlıq protokolu çərçivəsində Anadolu Universiteti Rektoru Prof. Dr. Fuat Erdal, Məsafəli təhsil sistemi üzrə Rektor müavini Prof. Dr. İbrahim Kaya və Məsafəli Təhsil Fakültəsi Dekan köməkçisi Dos. Dr. Sinan Aydın Azərbaycan Dövlət İqtisad Universiteti heyəti ilə görüş keçirdi.






ree

Comments


Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page