top of page

Magistratura pilləsi üzrə təhsil almaq istəyən şəxslərlə Əskişəhər studiyası arasında videokonfrans

Türkiyənin Anadolu Universitetində magistratura pilləsi üzrə həm əyani, həm də məsafəli (distant , online ) formada təhsil almaq istəyən Azərbaycan Universitetlərindən məzun olan bir qrup şəxslərlə Universitetin Magistratura şöbəsinin və Açıqöyrətim fakultəsinin rəhbərliklərinin iştirakı ilə Bakı studiyası ilə Eskişəhər studiyası arasında videokonfrans görüşü keçirilmişdir. Görüşdə Universitetin Əskişəhər studiyasından Açıqöyrətim Fakultəsinin dekan müavinləri Doç.Dr.Sinan Aydın, Doç.Dr Mehmet Fırat və Sosial Bilimlər İnstitutunun Müdir müavini Nilüfer Boran Güneysu, Azərbaycan studiyasından Universitetin Azərbaycan Proqramları üzrə koordinatoru Azər Hətəmov, magistratura təhsili almaq istəyənlər iştirak etmişdilər.İlk öncə Anadolu Universiteti Azərbaycan proqramları koordinatoru Azər Hətəmov hər iki studiyada əyləşənləri salamlamış,təhsilin magistratura pilləsində təhsillərini davam etdirmək istəyənlərə uğurlar arzulamışdır.Sonra Əskişəhərdən Universitetin səlahiyyətli aidiyyatı şəxsləri magistraturaya qəbul və digər şərtlər haqqında ətraflı məlumat vermiş,həmçinin onların suallarını cavablandırılmışlar.








Comments


Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page