top of page

Ramazan ayı münasibətilə ATİB tərəfindən “İftar süfrəsi” təşkil edilmişdir

Updated: Jun 3, 2020

Ramazan ayı münasibətilə bu günlərdə Azərbaycan Türkiyə İş Adamları Birliyi`nin (ATİB) təşəbbüsü və dəstəyi ilə Intouirst Oteldə təşkil edilmiş İftar yeməyində  Türkiyənin Azərbaycandaki fövqəladə və səlahiyyətli  səfiri Erkan Özaral, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Arca Turganer, Türkiyə Səfirliyinin Müşavirləri və digər əməkdaşları , ATIB-ə üzv olan çoxsaylı qurumların rəhbərləri,Azərbaycan Dövlət İqtisat Universitetinin (UNEC) rektoru Ədalət  Muradov, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, Anadolu Universitetinin bir qrup məzunları,mətbuat nümayəndələri  və  digər dəvət olunmuş qonaqlar da iştirak etmişdirlər.

ATİB İdarə Heyətinin sədri cənab Cemal Yangın qonaqları salamlayaraq, Ramazan ayı münasibətilə qonaqları təbrik etmiş, tutulan orucların qəbul olunmasını diləmiş, mövzuya aid öz fikirlərini bildirmiş və tərəfindən iftar yeməyində iştirak edənlərə təşəkkür etmişdir.Anadolu Universitetinin Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov Türkiyənin  Azərbaycandakı səfiri Erkan Özarala Universitetin bu tədbirdə iştirak edən məzunlarını təqdim etmişdir.Məzunlar cənab səfirə onların ali təhsil almaları üçün Türkiyə dövlətinin onlara yaratdığı bu şəraitə görə  öz təşəkkürlərini bildirmişdirlər. Sonra  dualar oxunmuş, qonaqlara milli yeməklər və şirniyyatlar təqdim edilmişdir.

Comments


Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page