top of page

“Sözdə erməni soyqırımı”na həsr olunmuş tədbir keçirilmişdir

Updated: Jun 16, 2020

22 Aprel tarixində Türkiyənin Anadolu Universiteti Azərbaycan Proqramları tələbələrinin iştirakı ilə, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” adlı layihəsi çərçivəsində “Sözdə erməni soyqırımı”na həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Türkiyənin Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Ramin Cəfərov, Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Pənahov, İctimai Birliyinin və layihənin rəhbəri Mətanət Əsgərqızı iştirak ediblər. Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov qonaqları salamlayaraq onları tələbələrə təqdim etmiş, tədbirin gənclərdə vətənpərvərlik ruhunun inkişaf etdirilməsindəki böyük rolundan bəhs edərək, layihənin rəhbəri Mətanət Əsgərqızının bu istiqamətdə ki, fəaliyyətlərini də yüksək dəyərləndirdiyini bildirdi. Layihənin və filmin müəllifi Mətanət Əsgərqızı rəhbərlik etdiyi İctimai Birliyin fəaliyyəti haqqında məlumat verərək, tədbir iştirakçılarını “Sözdə erməni soyqırımı” filmini izləməyə dəvət etmişdir. Filmin nümayişindən sonra mövzu ətrafında müzakirələr aparılıb. Azər Hətəmov, Ramin Cəfərov, Mətanət Əsgərqızı, tələbələrdən Jalə Allahverdiyeva, Çinarə Mustafayeva, Babək Əliyev, İbrahim Həsənov, Gülər Qasımlı, İdrak Şükür ötən əsrdə ermənilərin törətdikləri soyqırım və qətllərdən söz açıblar. Çıxış edənlər ermənilərin tarix boyu türklərin düşməni olduğunu, dünyanın isə onların cinayətlərinə göz yumaraq 1992-ci ilin Xocalı hadisələrinə qiymət verərək bu qətliamı tanımaq əvəzinə “Qondarma erməni soyqırımı” məsələsini məhz türklərə qarşı bir piyar kimi istifadə etdiklərini qeyd ediblər. Tədbir iştirakçıları həmçinin onu xüsusi vurğulayıblar ki, belə layihələr tariximizi öyrənmək baxımından çox vacibdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri millət vəkili Azay Quliyevə belə layihələrə dəstək olduğuna görə minnətdarlıq bildirilib. Layihənin rəhbəri Mətanət Əsgərqızı tədbirdə fərqlənən tələbələri müxtəlif hədiyyələrlə mükafatlandırmışdır. Bir qrup gənc isə “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsinin icrasında könüllü iştirak etmək üçün müraciət ediblər. Gənclərin bu təşəbbüsü layihənin rəhbəri Mətanət Əsgərqızı tərəfindən müsbət qarşılanıb. Sonda Türkiyənin Anadolu Universitetinin Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmova yaradılan şəraitə görə minnətdarlıq bildirilib.










Comments


Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page