top of page

“Test-sınaq imtahanı” proqramının təqdimatı keçirildi.

22 Dekabr 2016-cı il tarixdə  Anadolu Universiteti Azərbaycan Proqramlarında bir qrup fəal tələbələrin iştirakı ilə, yeni “Test-sınaq imtahanı” proqramının təqdimatı olmuşdur. Təqdimat zamanı tələbələrə proqram təminatının xüsusi imkanları və üstünlükləri barədə  ətraflı məlumat verilmişdir.  Proqram təminatı Anadolu Universitetinin imtahan qaydalarına uyğun olaraq hazırlandığı üçün Anadolu Universiteti Azərbaycan Proqramları tələbələri yaradılmış bu imkanlardan yararlanaraq istənilən zaman ödənişsiz şəkildə təhsil aldıqları bütün fənnlər üzrə öz biliklərini sınaqdan keçirə bilərlər. Anadolu Universiteti Azərbaycan Proqramları tələbələri üçün hazırlanmış  “Test-sınaq imtahanı”  proqramı tələbələr tərəfindən maraqla qarşılanmış və onlar proqram təminatının ərsəyə gəlməsində rolu olan hər kəsə öz minnətdarlıqlarını bildirmişlər. Təqdimat zamanı tələbələrlə bərabər  test proqramının bir nümunəsi işlənilmişdir. Sonda tələbələrin sual və təklifləri dəyərləndirilərək, onlara ətraflı məlumatlar  verilmişdir. Yeni tətbiq olunmuş “Test-sınaq imtahanı” proqramının, tələbələrimiz üçün faydalı olacağına, imtahanlarda daha yaxşı nəticələr əldə edəcəklərinə ümid edirik.







 
 
 

Comments


Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page