top of page

Hilton otelinin rəhbəri Todori Kalamaris tələbələrlə görüşdü.

Updated: Jun 18, 2020

22 yanvar 2015-ci il tarixdə “Hilton Baku Hotel” in baş müdiri Todori Kalamaris Anadolu Universiteti “Azərbaycan Proqramları” nda “Konaklama işletmeciliği” və “Turizm ve otel işletmeciliği” bölümlərində distant təhsil alan tələbələri ziyarət etdi. Qonağı və onu müşayiət edən ATİB İH-nin sədri Cemal Yangını Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov və turizm bölümü tələbələri qarşıladılar. Sonra “Hilton Baku Hotel” in baş müdiri Todori Kalamaris burada, Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbələri üçün yaradılmış şəraitlə yaxından tanış oldu və gənclərə göstərilən xidmət səviyyəsini yüksək dəyərləndirdi. Sonra Todori Kalamaris videokonfrans salonunda tələbələrlə görüşdü. Görüşün əsas məqsədi turizm sahəsində təhsil alan tələbələrə öz ixtisaslarının sirlərinə daha yaxşı bələd olmaları üçün müəyyən məsləhətlər vermək idi. Görüşə ilk olaraq karyera yolu haqqında məlumatla başlayan T. Kalamaris tələbələrə turizm sahəsindəki zəngin iş təcrübəsinə əsaslanan önəmli tövsiyələr verdi. T. Kalamaris sonra tələbələrin turizm sahəsi ilə əlaqəli verdikləri çoxsaylı sualları ətraflı şəkildə cavablandırdı. Görüşün sonunda isə o, tələbələri otel idarəçiliyi sistemi ilə yaxından tanış olmaları üçün rəhbərlik etdiyi “Hilton Baku Hotel” ə dəvət etdi. Səmimi şəraitdə keçən bu görüşdən həm qonaq, həm də tələbələr razı qaldılar.

 
 
 

Comments


Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page