top of page

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Təhsil Müşaviri Mahmut Ağırman Azərbaycan Proqramlarında.

Updated: Jun 3, 2020

27 Noyabr 2018-ci il tarixində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Təhsil Müşaviri Mahmut Ağırman və Təhsil Müşavirliyinin katibi Faiq Bayramov Anadolu Universiteti “Azərbaycan Proqramları”nı ziyarət etdi.

Hörmətli qonağı qurumda çalışan əməkdaşlar və distant təhsil alan bir qrup tələbə çiçəklərlə qarşıladılar. Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov qonağı salamlayaraq, öncə onu distant təhsil alan tələbələrə xidmət göstərilən binada yaradılmış şəraitlə tanış etmiş, burada yaradılmış distant təhsil mühiti, göstərilən xidmətlər, qurumun işçi heyətinin səmərəli işi, maddi-texniki bazanın daim genişlənməkdə olması və digər işlər haqqında Təhsil Müşavirinə ətraflı məlumat verdi. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Təhsil Müşaviri Türkiyənin Anadolu Universitetinin Azərbaycandakı Açıköğretim sistemi tələbələrinə yaratdığı imkan və şəraitdən məmnunluğunu bildirdi.

Daha sonra görüş dəyirmi masa ətrafında davam etdirilmişdir. Səmimi şəraitdə keçən görüşdə Anadolu Universiteti Azərbaycan Proqramlarının qarşısında duran vəzifələr müzakirə edilmişdir.

Sonda xatirə şəkili çəkdirilmişdir.


Comments


Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page