top of page

Türkiyə Cümhuriyyətinin Milli Təhsil Naziri Ziya Selçuk Azərbaycanda

Updated: Apr 5, 2023

Oktyabrın 11-də Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin  təşəbbüsü ilə Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun rəhbərlik  etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Türkiyə Respublikasının  Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Erkan Özoral, ATİB İH sədri Cemal Yangın, sədr müavini Avni Demirci, İdarə Heyətinin üzvi –Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, Milli Təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi  nümayəndə heyətinin tərkibində Nazirliyinin Baş İdarə rəisləri,Türkiyənin Azərbaycandakl Təhsil Müşaviri, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin  şöbə müdiri və Azərbaycanın Türkiyədəki Təhsil müşaviri  iştirak edirdilər. ATİB İH sədri Cemal Yangın və İH üzvi Azər Hətəmov ATİB-in müxtəlif təhsil layihələri haqqında məlumat verdilər və bu sırada Anadolu Universitetinin  Azərbaycandakı Türkiyə və Azərbaycan vətəndaşlarına məsafədən verilən(“uzaktan eğitim-distant) təhsil sistemindən bəhs etdilər. Həmçinin bildirildi ki, Anadolu Universiteti Rektoru Şafak Ertan Çomaklı və Türkiyənin Azərbaycandakı Səfiri Erkan Özoral tərəfindən Anadolu Universitetinin Azərbaycandakı bu təhsil layihəsinə xüsusi önəm verilir və  dəstək göstərilir. Milli Təhsil Naziri Ziya Selçuk Türkiyənin dövlət Universiteti olan Anadolu Universitetinin qardaş Azərbaycanda yaşayan Türkiyə və Azərbaycan vətəndaşlarına da uzaqdan  təhsil verməsini təqdirəlayiq hesab etdiyini bildirdi.


Comments


Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page