top of page

Təhsil Müşaviri Abdulgafur Büyükfırat Anadolu Universiteti Azərbaycan Proqramlarında qonaq oldu.

5 iyun 2015-ci il tarixdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Təhsil Müşaviri Abdulgafur Büyükfırat və Təhsil Müşavirliyinin katibi Faiq Bayramov Anadolu Universiteti “Azərbaycan Proqramları”nı ziyarət etdi. Qonağı Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, qurumda çalışan əməkdaşlar  və distant təhsil alan bir qrup tələbə qarşıladılar. Sonra Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Təhsil Müşaviri Abdulgafur Büyükfırat Anadolu Universiteti “Azərbaycan Proqramları”nda distant təhsil alan tələbələri üçün burada yaradılmış şəraitlə yaxından tanış oldu və göstərilən xidmət səviyyəsini yüksək dəyərləndirdi. Anadolu Universiteti Koordinatoru Təhsil Müşavirinə bu şəraitin yaradılmasında ATİB-in hərtərəfli dəstəyi haqqında məlumat verdi. Türkiyə Respublikasının Təhsil Müşaviri Abdulgafur Büyükfırat videokonfrans salonunda tələbələrlə görüşmüş və interaktiv dərs prosesində iştirak etmişdir. Daha sonra görüş dəyirmi masa ətrafında davam etdirilmişdir. Səmimi şəraitdə keçən görüşdə Anadolu Universiteti Azərbaycan Proqramlarının qarşısında duran vəzifələr müzakirə edilmişdir.










5 views
bottom of page