top of page

Tələbələr “Anadolu Rəngləri” adlı xüsusi konsert proqramında iştirak etmişdirlər.

Dekabrın 23-ü 2016-cı il tarixində Türkiyə  Respublikası Mədəniyyət və Turizm Nazirliyi və  “Yunus Emre Enstitüsü”nun birgə təşkilatçılığı ilə  “Anadolu Rəngləri” adlı xüsusi konsert proqramı təşkil edilib. Vətən torpağının müdafiəsi uğrunda canlarında keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, konsert proqramı hər iki ölkənin – Azərbaycan və Türkiyə Respublikasının  dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı  Hikmət Babaoğlu qardaş ölkənin tarixin çox mürəkkəb bir dövründən keçdiyini bildirib: “İnanırıq ki, qardaş Türkiyə bütün sınaqlardan üzüağ çıxacaq. Azərbaycan mədəniyyəti ilə Anadolu mədəniyyəti eyni mənbədən qaynaqlanır. Azərbaycanla Türkiyə iki qardaş ölkədir. Onların gücü birlikdədir”. Çıxışına Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən misraları səsləndirərək başlayan Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxışı  zamanı “Bir millət,  iki dövlət”   ifadəsini  xatırladaraq,  indiki   şəraitdə  qardaşlığın daha da ön plana çıxdığını vurğulayıb. Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət Müdirliyinə bağlı İstanbul Tarixi Türk Musiqi Cəmiyyəti, Mehtər Qrupu, Dövlət Xalq Rəqsləri Cəmiyyəti, Ankara Türk Dünyası Musiqi Cəmiyyəti, Konya Türk Təsəvvüf Musiqisi Cəmiyyəti, Şanlıurfa və Sivas Türk Xalq Musiqisi Xor Ansamblı ilə Ankara, İstanbul və İzmir Klassik Türk Musiqisi Xor Ansamblından olan sənətçiləri birlikdə eyni səhnədə çıxış ediblər. Anadolu  Universiteti  Azərbaycan Proqramlarında distant formada təhsil alan bir qrup tələbə də təşkil olunmuş  konsert  proqramında iştirak etmiş ,  Azərbaycan və Anadolu mədəniyyətini zövqlə izləyərək, iki qardaş ölkənin mədəniyyətlərinin eyni kökdən gəlməsini nümayiş etdirən konsert proqramından  məmnun qalmışlar.


4 views
bottom of page