top of page

"Xəzər" Televiziyasının çəkiliş qrupu Türkiyədə, Anadolu Dövlət Universitetində

Updated: Apr 3, 2023

18-22 aprel 2022-ci il tarixlərində Anadolu Universiteti Azərbaycan Proqramları üzrə "Öğrenci işleri" müdiri Araz Hətəmzadə, "Xəzər" Televiziyası "Təhsilə dair" proqramının aparıcısı Vəfa Nadirqızı və "Xəzər"Tv çəkiliş qrupu Türkiyənin Anadolu Dövlət Universitetini ziyarət etdilər.

Ziyarət əsnasında Azərbaycan nümayəndə heyəti həm rektor Prof.Dr.Fuat Erdal , həm Universitetin prorektorları ,Açıköğretim fakültəsinin dekan və dekan müavinləri ilə görüşmüşdülər."Xəzər" Tv nümayəndə heyəti, Universitetin həm əyani,həm də distant təhsil(uzaktan eğitim) sistemi ilə, distant təhsil alan tələbələrə tədris prosesinin uzaqdan həyata keçirilməsi mexanizmi ilə yaxından tanış olmuşlar və bunlar baradə Azərbaycan təhsil ictimaiyyətini məlumatlandırmaq məqsədi ilə müvafiq çəkilişlər aparmışdılar.Azərbaycan nümayəndə heyəti həmçinin universitetdə 2013-cü ildə yaradılmış "Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi"ni də ziyarət edərək bu mərkəzdə ulu öndərin həyat və müxtəlif dövrlərdəki fəaliyyətini əks etdirən film və eksponatlarla tanış olmuşdurlar.

Olduqca səmimi mühitdə baş tutan bütün görüşlərin sonunda xatirə şəkilləri çəkilmişdi.




Comments


Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page