top of page

“3 dərs sınavı” sonrası məzunlarına diplomları təqdim edildi.

7 oktaybr 2017-ci il tarixdə Türkiyənin  Anadolu  Dövlət  Universitetində Azərbaycanı tərk etmədən, distant formada ali  təhsil alaraq 2016-2017-ci tədris ilinin yekununda  “3 dərs sınavı” nəticələrinə görə bir qrup məzun tələbələr- Soltanova Könül  (İşletme), Həşimov Elmin (İktisat), Abdullayev Elmir (Konaklama İşletmeciliği), Rəşidli Vüqar (İktisat), Rüstəmova Zülfiyyə (İşletme), Heydərova Leyla (Uluslararası İlişkilər), Əsədullayeva Aysel (İşletme),Əhmədov Kənan (Turizm ve Otel İşletmeciliği), Məmmədova Həbibə (İşletme), Bağırova Samirə (İşletme) , Hacıyev İlham (İktisat), Əliyeva Günay (İşletme),Osmanlı Soltan (Konaklama İşletmeciliği), Məmmədov Elxan (İşletme),Nuriyev Hüseyn (Konaklama İşletmeciliği), Fətəliyeva Mətanət (İktisat), Qafarova Türkan (İktisat), Əsgərov Muraz (İktisat), Quliyeva Gülzar (İktisat), Nağıyev Camal (Turizm ve Otel İşletmeciliği) və  İsmayılova Səidəyə (İşletme) aidiyyatı üzrə subbakalavr və bakalavr pilləsi üzrə diplomları  təqdim olunmuşdur. Diplomları məzunlarımıza Anadolu Dövlət Universitetinin  Azərbaycan Proqramları üzrə nümayəndəsi Araz Hətəmzadə təqdim etmişdir. Araz Hətəmzadə məzunları təbrik etmiş və onlara gələcək iş həyatlarında bol şanslar və uğurlar arzulamışdır.  Daha sonra məzunlarla çay masası ətrafında görüş davam elətdirilmiş və məzunlarımızın gələcək iş planları haqqında söhbətlər daha ətraflı müzakirə olunmuşdur. Məzunlar çıxış edərək  Anadolu Universitetinin onlar üçün yaratdığı imkan və fürsətə görə universitetin rəhbərliyinə və bütün işçi kollektivinə öz  təşəkkürlərini bildirmişdirlər.  Sonda məzunlar kollektiv formada Anadolu Universitetinin Azərbaycan Proqramları  üzrə nümayəndəsi Araz Hətəmzadə ilə xatirə şəkli çəkdirmişlər.


39 views
bottom of page