Anadolu Universiteti məzunu olmaqla hədəflərimin birinə nail oldum.

İlk öncə təbrikləriniz üçün sizə təşəkkürümü bildirmək istərdim. Mən Hicrət Əliyev Güloğlan oğlu  Anadolu Universitetin İqtisadiyyat fakultəsinin məzunu.


Türkiyədə Anadolu Universitetində hər il ənənəvi olaraq qeyd edilən “Məzun Günü” tədbirində iştirak etdiniz duyğularınızı və düşüncələrinizi  öyrənmək istərdik. 


Bəli “Məzun Günü” tədbirində iştirak etmə şansım oldu, Eskişehir`də Üniversitetin Kampüsündə oldğum zamanlarda Üniversitetin necə böyük imkanlara və resuslara sahib olduğunun şahidi oldum. Rektorumuzla və digər Professor müəllimlərimizlə söhbətimiz zamanı elm insanların əhatəsində olmaq və bu böyük bir ailənin üzvü olduğumun sevincini yaşadım. Azərbaycan məzunları ilə yanaşı bir çox xarici ölkələrdən gələn və məzun olmuş tələbələrlə məzun gününü keçirtmək böyük bir sevinc duyğusu idi. Bu şansı yaratdığı üçün və əməyi olan Anadolu Universiteti “Azərbaycan Proqramları”nın  bütün heyətinə dərin minnətdarlığımı bildirirəm .


 Anadolu Universitetində distant formada təhsil almağın sizə nə kimi faydaları olduğunu düşünürsünüz?


Düşünürəm  ki, distant formada təhsil almağım həm iş həyatımda  həm də şəxsi inkişafımda müstəsna faydaları oldu, belə ki, çalışdığım şirkətlərdə karyera pillələrində sürətlə yüksəlməyim, daha çox qazanmağım, daha uğurlu olmağımın əsas səbəblərindən biri də Anadolu Universitetində təhsil almağım oldu və bu dəyişkliyi özümdə hiss etdikdə əslində bunun distant təhsil siteminin gücündən qaynaqlandığının fərqinə vardım, çünki mənim  bir tələbə olaraq  sərbəst öyrənmə prinsipim var idi və bu təhsil sistemi elə qurulub ki, mən universitet müəllimlərimdən vaxt və ya məsafə ilə ayrılsam da, istədiyim vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilirdim. Bu baxımdan istənilən təhsil proqramı sahəsində həyata keçirilə bilən distant təhsil sisteminin funksiyasının gücündən istifadə etmək imkanı əldə etdim.        


Siz artıq bugün məzun olmusunuz və hal-hazırda oxuyan tələbələrə tövsiyyələriniz nələrdir?


Mənim hal-hazırda oxuyan tələbələrə tövsiyəm ilk öncə zamanı düzgün  istifadə və  idarə etməyi öyrənsinlər və Anadolu Universitetin onlara yaratdığı mövcud qaynaqlardan kifayət qədər faydalansınlar və inkişaf edən texnologiyalardan istifadə etsinlər.


 Anadolu Universiteti təhsilini görmüş biri kimi universitet  seçimində qərarsız olan abituriyentlərə kömək edəcək nələr deyə bilərsiniz ?


Nobel mükafatı laureatı Aziz Sancarın gənclərə  gözəl bir tövsiyəsi var ki, “Özünüzə yaxşı müəllim seçin” məndə seçimlərində qərarsız olan abituriyentlərə bunu deyə bilərəm ki , təhsil aldığım Anadolu Universiteti müəllimləri ən yaxşı müəllimlərdir.


Boş zamanınızı necə dəyərləndirsiniz? Hobbiləriniz nələrdir?


Çalışıram ki, boş zamanımı İngilis dilini mükəmməlləşdirməklə və proqramlaşdırma dilləri ilə kod yazmaqla keçirdim. Hobbim isə internetdə araşdırma edib neyromarketinq və yeni texnologiyaları haqqında məqalələri oxumaqdır.


Bundan sonrakı planlarınız nələrdir?


Bundan sonrakı hədəf və planlarımdan biri yaxın gələcəkdə ABŞ və ya Kanada da təhsilimi davam etmək və orda öz texnoloji şirkətimi qurmaqdır və inanıram ki bunada nail olacam.


anadolu-üniversitesi-büyük.jpg

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları