top of page

Anadolu Universiteti mənə zamandan düzgün istifadə etməyi öyrətdi

Updated: Apr 4, 2023

Mən Anadolu Universiteti məzunu Turan Əbilov,

2013-cü ildə hərbi xidmətdən yeni qayıtdığım üçün ali təhsili olmayan bir gənc olaraq, Türkiyənin Anadolu Dövlət Universiteti mənim üçün bir şans idi. Buna görə də,bu fürsəti qaçırmamaq üçün Universitetin Azərbaycandakı Rəsmi Tərəfdaş Qurumda təşkil olunan hazırlıq dərslərinə qatıldım. Dərslərdən sonra qəbul imtahanına qatıldığımda artıq öz biliyimə inanırdım. İmtahanda yüksək nəticə toplayaraq Anadolu Universitetinin Azərbaycan Proqramları üzrə ən yüksək nəticə toplayan abituriyent adın qazandım. Nəticələri öyrəndiyim an özümü çox xoşbəxt hiss etdim. Beləliklə universitetə qəbul olduğum il universitet 1il ərzində bütün təhsil xərclərimi qarşıladı. Daha sonra təhsil almaqla yanaşı çalışmağa başladım.

Məsafəli, yəni distant təhsil almağım mənim üçün böyük avantaj idi. 4illik bakalavr təhsilimi fərqlənmə diplomu ilə bitirdim. Daha sonra bir çox iş yerlərindən təkliflər aldım. İlk olaraq satıcı kimi iş fəaliyyətinə  başlasam da, daha sonra vəzifəm müdir vəzifəsinə qədər yüksəldi. Əlavə olaraq @creantika səhifəsində online satışla da, məşğulam.

Anadolu Universiteti mənə zamandan düzgün istifadə etməyi öyrətdi.

Bütün məzunlara,tələbələrə və abituriyentlərə uğurlar arzulayıram.




ree

Comments


Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page