top of page

Anadolu Universitetinin rektoru Prof.Dr.Fuat Erdal məzunlara diplomlarını təqdim etdi

Updated: Apr 3, 2023

Azərbaycana rəsmi səfəri çərçivəsində Türkiyənin Anadolu Dövlət Universitetinin rektoru Prof.Dr.Fuat Erdal 28 yanvar 2022-ci il tarixində Anadolu Universiteti "Azərbaycan Proqramları"nı ziyarət etdi. Bu ziyarəti əsnasında həm də Anadolu Universiteti Azərbaycan Proqramları məzunlarına diplomlarını təqdim etdi. Covid-19 pandemiyası səbəbindən simvolik təşkil edilən diplom tədqim etmə tədbirinə Universitetin prorektorları Prof.Dr. İbrahim Kaya, Prof.Dr. Ali Resül Usul, Anadolu Universiteti "Azərbaycan Proqramları" koordinatoru Azər Hətəmov, Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə heyətinin sədri Cemal Yangın, Anadolu Universiteti Azərbaycan Proqramları "Öğrenci işleri" müdiri Araz Hətəmzadə və bir qrup tələbə qatıldı.


Məzunlara diplomlarını təqdim edən rektor onları təbrik edərək , hər birinə gələcək fəaliyyətlərində uğurlar arzuladı. Məzunlarla səmimi söhbətlər edən, onları maraqlandıran sualları cavablandıran rektor diplom təqdimatı zamanı məzunlarla xatirə şəkli də çəkdirdi. Tədbirin sonunda məzunlar "Kep atma" həyəcanını da yaşadılar.





Comments


Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page