Atatürk'ü saygıyla anıyoruz.

Bakı şəhəri, 8-ci mkr,
İbrahimpaşa Dadaşov küç. 74V.
(Azadlıq metrosunun yaxınlığı)
(+994 12) 563 09 09
(+994 12) 563 20 20
(+994 70) 892 07 07
Atatürk'ü saygıyla anıyoruz.
Updated: Aug 16, 2020
5 avqust 2020-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İH sədri Cemal Yangın və Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Anadolu Universiteti rektoru Prof. Dr. Fuat Erdalı ziyarət etmişdirlər. Koordinator Azər Hətəmov və ATİB sədri Cemal Yangın rektor Fuat Erdalı yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulamışdırlar.
Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru və ATİB İH sədri tərəfindən Anadolu Universiteti Azərbaycan Proqramlarının mövcud fəaliyyəti haqqında Prof.Dr. Fuat Erdala məlumat verilmiş və Türkiyə Cumhuriyyətinin Azərbaycandakı bu önəmli təhsil layihəsinin perspektivləri müzakirə olunmuşdur. Səmimi və qarşılıqlı məlumat mübadiləsi şəraitində keçən görüş Universitetin prorektorlarının və rektor müşavirlərinin də iştirakı ilə davam etdirilmişdir.
Koordinator Azər Hətəmov rektor Fuat Erdala üzərində ölkəmizə məxsus tarixi abidələrin əks olunduğu hədiyyə təqdim etmişdir.
Sonda rektor ziyarətlərindən dolayı onlara öz təşəkkürünü bildirmişdir.
#rektor #gorus #AzerbaycanProgramları #AnadoluUniversiteti #AnadoluÜniversitesi #AzerbaycanProqramlari
28May-Respublika Gününüz mübarək
t#azerbaycan
Updated: Jun 3, 2020
Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror aktından 11il keçir.
Dünyasını dəyişən müəllim və tələbələri heç bir zaman unutmayacağıq!
Allah rəhmət eləsin!
#adnsu#30aprel2009 #30aprelunutmadiq #30aprel#unutmayaq#azerbaycanuniversiteti#azerbaycantelebeleri#universitet#tehsil
Updated: Jun 3, 2020
Bahar Dönemi Kayıt Yenilemeleri başarıyla devam ediyor!
Kayıtlarını yenilemeyen öğrenciler Kayıt Merkezine başvurarak bahar dönemi kayıt işlemlerini rahatlıkla yapabilirler.
Updated: Jun 3, 2020
24 Yanvar 2020-ci il tarixində Şimali Kipr Türk Cümhuriyyətinin(ŞKTC) Bakı Təmsilçisi Ufuk Turganer və Təmsilçiliyin Təhsil və Mədəniyyət Ateşesi Tevfik Ulual Anadolu Universiteti Azərbaycan Proqramlarını ziyarət etdilər.
Hörmətli qonaqları qurumda çalışan əməkdaşlar və distant təhsil alan bir qrup tələbə çiçək dəstəsi ilə qarşıladılar.
ATİB İH üzvü, Universitetin Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov qonaqları salamlayaraq onları tələbələrə təqdim etdi.Həmçinin tələbələrə ŞKTC haqqında qısa məlumat verərək,qonaqlardan tələbələrə Şimali Kipr Türk Cümhuriyyəti haqqında ətraflı məlumat vermələrini xahiş etdi.ŞKTC Təmsilçisi Ufuk Turganer təmsil etdiyi ölkə haqqında məlumatlar verdi və bununla əlaqədar onları maraqlandıran sualları cavablandırdı. Səmimi şəraitdə çay süfrəsi ətrafında davam edən söhbətdən sonra Azər Hətəmov müəllifi olduğu kitabını və Anadolu Universitetinin “Güzel Sanatlar Fakültəsi”tərəfındən hazırlanan xüsusi hədiyyələri qonaqlara təqdim etdi.
#Baku #KKTC #AzerbaycanProgramları #şimalikipr #azerbaycan #AnadoluÜniversitesi
Updated: Jun 12, 2020
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bərpa edilən Anadolu Universiteti Respublika Tarixi Muzeyini təşkil edilən xüsusi mərasimlə açdı.
7 Sentyabr tarixində Eskişehri ziyarət edən Prezident Ərdoğan, Odunpazarı Müasir Muzeyin açılışının ardından Anadolu Universiteti Respublika Tarixi Muzeyinin də açılışını reallaşdırdı.
Anadolu Universiteti tərəfindən qısa müddətdə bərpa edilən muzey haqqında məlumatları Prezident Rəcəb Tayyib Ərdoğan Anadolu Universiteti Rektoru Prof. Dr. Şafak Ertan Çomaklıdan aldı.
https://bit.ly/2m923Xn
#AzerbaycanProgramları #AnadoluUniversiteti #Anadolu #AnadoluÜniversitesi #CumhuriyetTarihiMüzesi #AzerbaycanProqramlari
Updated: Jun 3, 2020
Azərbaycanda rəsmi səfərdə olan sayın Rektörümüz Prof.Dr. Şafak Ertan Çomaklı Anadolu Universiteti Azərbaycan Proqramlarına surpriz ziyarət etdi. Rektör Prof.Dr.Şafak Ertan Çomaklı Azərbaycandan Anadolu Universitetinin Açıköğretim sistemində burada təhsil alan öğrenciler üçün yaradılmış şəraitlə yaxından tanış oldu. Sonra burada staj keçən bir qrup öğrenci ilə səmimi şəraitdə görüşən Rektör Çomaklı onlara önəmli tövsiyyələrini verdi. Daha sonra Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov ,Universitetin Azərbaycandakı öğrencilərinə göstərdiyi diqqət və qayğıya görə hörmətli Rektora öz adından və Azərbaycandakı öğrencilər adından təşəkkürünü bildirdi.
#universitet #AzerbaycanProgramları #AnadoluUniversiteti #AnadoluÜniversitesi #AzerbaycanProqramlari
Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov Anadolu Universiteti rektoru vəzifəsinə təyin olunan Prof.Dr. Şafak Ertan Çomaklını ziyarət etmişdir. 18 Oktyabr tarixində Anadolu Universiteti rektorluq ofisində baş tutan görüşdə Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Prof. Dr. Şafak Ertan Çomaklını yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik etmiş, ona bu mühüm və məsuliyyətli vəzifənin icrasında uğurlar arzulamışdır. Səmimi şəraitdə keçən görüşdə həmçinin Anadolu Universiteti Azərbaycan Proqramlarının mövcud və gələcək fəaliyyəti müzakirə olunmuşdur.
#rektor #gorus #AzerbaycanProgramları #AnadoluUniversiteti #AnadoluÜniversitesi #AzerbaycanProqramlari
Updated: Jun 3, 2020
Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov,Azərbaycanda Türk şirkətlərinin birində uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan və Anadolu Universitetində Azərbaycandan uzaqdan təhsil yolu ilə İşletme bölümündə müvəffəqiyyətlə təhsil alan Türkiyə Cümhuriyyəti vətəndaşı Mehmet Uzunerlə görüşmüşdür. Mehmet Uzuner Türkiyənin Anadolu Universitetinin Açıköğretim sistemində Türkiyəyə getmədən Azərbaycandan təhsil almaq imkanı yardılmasına görə Anadolu Universitetinin və Universitetin Azərbaycan Proqramlarının bu fəaliyyətdə əməyi keçən bütün şəxslərinə təşəkkürünü bildirmişdir.
Koordinator da, öz növbəsində Universitetin tələbələri sırasında Mehmet bəy kimi tələbələrin olmasından qürur duyduqlarını qeyd edərək, Mehmet bəyə dərslərində və işlərində uğurlar arzulamışdır.
#metaslider_14661.flexslider .slides li {margin-right: 5px !important;}
#Distanttəhsil #Açıköğretim #AzerbaycanProgramları #AnadoluUniversiteti #Anadolu #telebe #Təhsil #AzerbaycanProqramlari
Updated: Jun 10, 2020
Türkiyənin Azərbaycandakı Səfirliyində Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunan tədbir keçirilib. Türkiyənin Azərbaycandakı Səfirliyi və Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən təşkil edilən tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Şimali Kipr Türk Cümhuriyyəti Bakı təmsilçisi Ufuk Turganer, Anadolu Universiteti nümayəndəsi, tarixçi alim, Eskişehir Türk Dünyası Elm, Mədəniyyət və İncəsənət Mərkəzinin müdiri Doç. Dr Mehmet Topal, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Bakı Dövlət Universitetinin tarix kafedrasının nümayəndəsi Əziz Boran, Türkiyə Səfirliyinin müşavirləri, ATİB İH üzvləri, TÜİB üzvləri, iş adamları, türk qurumlarının təmsilçiləri, Türkiyə və Azərbaycanın dövlət və digər televiziyaları, KİV nümayəndələri iştirak ediblər.
Daha ətraflı… https://bit.ly/2U8st7Q https://bit.ly/2TgngNU https://bit.ly/2StmCbC https://bit.ly/2IyYOU0 http://modern.az/az/news/192978#gsc.tab=0 https://bit.ly/2H270ti https://bit.ly/2NvfcDF https://bit.ly/2EcDbDl
#metaslider_14573.flexslider .slides li {margin-right: 5px !important;}
#AzerbaycanProgramları #AnadoluUniversiteti #ATIB #TÜİB #ATİBİH
Updated: Jun 11, 2020
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikası Böyük Millət Məclisinin deputatı, Türkiyə-ilə Fevralın 20-də ATİB-in təşkilatçılığı ilə görüş keçirilmiş və onların şərəfinə ziyafət düzənlənmişdir. Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Milli Məclisinin Səhiyyə Komissiyasının sədri, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, Azərbaycan Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Millət vəkili Məlahət İbrahimqızı, ATİB İH sədri Cemal Yangın, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, ATİB idarə heyətinin üzvləri, eləcə də digər qonaqlar iştirak etmişdirlər. Səmimi şəraitdə keçirilən görüşdə Parlamentlərarası dostluq qruplarının rəhbərləri, Türkiyə Respublikası Böyük Millət Məclisinin Türkiyənin müxtəlif bölgələrini təmsil edən millət vəkilləri və Azərbaycan Respublikası Milli Məclisinin deputatları, ATİB İH sədri çıxışlar edərək Azərbaycan-Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri haqqında öz fikirlərini bildirmişlər. Görüşdə həmçinin çıxış edən Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov Türkiyə ilə Azərbaycan arasındakı bütün sahələrdə olduğu kimi çox yüksək səviyyədə olan təhsil münasibətlərindən və Anadolu Universitetinin Açıköğretim sisteminin uzaqdan təhsili sayəsində nəinki Azərbaycandakı Türkiyə və Azərbaycan vətəndaşlarına, eləcə də dünyanın türklər yaşayan bütün ölkələrinə uzaqdan təhsil vermə imkanlarından bəhs etmişdir.
Onu da xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti 19 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdirlər.
#metaslider_14535.flexslider .slides li {margin-right: 5px !important;}
Updated: Jun 3, 2020
Anadolu Universitetinin Güz Dönemi Dönem Sonu imtahanlarına Universitet tərəfindən görevlendirilmiş nümayəndələr: Doç.Dr.Ahmet Deniz Turan və Öğr.Gör.Dr. Murat Sami Türker 8 fevral tarixində Anadolu Universiteti Azərbaycan Proqramlarında olmuşdurlar.Onlar Anadolu Universitetində Distant formada təhsil alan tələbələrə burada göstərilən xidmətlərlə,Qeydiyyat mərkəzinin fəaliyyəti ilə tanış olmuşdurlar.Həmçinin 9-10 fevral tarixlərində imtahanlarda iştirak edən Universitetin nümayəndələri, imtahan sonrası bir qrup tələbə ilə səmimi şəraitdə görüşmüşlər,onların suallarını cavablandırmışlar.Görüş zamanı eləcə də, tələbələrin Universitet haqqında fikir və təkliflərini öyrənərək, Eskişehirdə Universitetin rəhbər orqanlarında bu təklifləri müzakirə etmək məqsədilə lazımi qeydlər aparmışlar.
#metaslider_14508.flexslider .slides li {margin-right: 5px !important;}
#Distanttəhsil #Açıköğretim #AzerbaycanProgramları #AnadoluUniversiteti #Sınav #Təhsil #imtahan #AnadoluÜniversitesi #distanttehsil #AzerbaycanProqramlari
Updated: Jun 16, 2020
7 fevral 2019-cu il Anadolu Universiteti Rektor Danışmanı Kenan Dursun və onunla birlikdə Bakıda olan Bahçeşehir Universiteti Mütevelli Heyəti Başkanı Enver Yücel Anadolu Universiteti Azərbaycan Proqramlarında olmuşdurlar.
Hörmətli qonaqlar Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmovla görüşmüşlər.
Qonaqlara Azərbaycandan Türkiyənin Anadolu Universitetində məsafədən,distant (uzaktan eğitim) formada təhsil alan tələbələr haqqında və məsafəli təhsilin texniki bazasında onlara göstərilən texniki xidmətlər barədə məlumat verilmiş, Azərbaycan Proqramlarının inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılmışdır.
Səmimi şəraitdə keçən görüşün sonunda xatirə şəkli çəkdirilmişdir.
#metaslider_14489.flexslider .slides li {margin-right: 5px !important;}
#Distanttəhsil #Açıköğretim #AzerbaycanProgramları #AnadoluUniversiteti #Anadolu
Updated: Jun 11, 2020
29 Yanvar 2019 –cu il tarixində Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov və Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İH sədri Cemal Yangın Anadolu Universiteti rektoru Prof.Dr. Şafak Ertan Çomaklını ziyarət etmişdirlər. ATİB sədri Cemal Yangın, rektor Şafak Ertan Çomaklını yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edərək ona gələcək işlərində uğurlar arzulamışdır. Görüşdə həmçinin Anadolu Universiteti Gensek Yardımçısı Onur Girdap da iştirak etmişdir. Səmimi şəraitdə keçən görüşdə ATİB İH sədri və Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru tərəfindən Anadolu Universiteti Azərbaycan Proqramlarının mövcud fəaliyyəti haqqında məlumat verilmiş və layihənin perspektivi müzakirə olunmuşdur.
Sonda xatirə şəkli çəkdirilmişdir.
#Açıköğretim #universitet #AzerbaycanProgramları #AnadoluUniversiteti #ATIB #Anadolu #ATİBİH
Updated: Jun 17, 2020
Türkiyənin Anadolu Universitetində Azərbaycandan distant formada İqtisadiyyat (İktisat), Biznesin Təşkili və İdarə olunması (İşletme) və Beynelxalq münasibətlər (Halkla İlişkiler) fakultə və bölümlərindən ali təhsil alaraq məzun olmuş Rəhman Səfərov, İbrahim Qəfərov, Lamiyə Yaqublu və Samir Atamova diplomları təqdim olunmuşdur. Diplomları məzunlarımıza Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov və Anadolu Universiteti Mərkəz Büro görevlisi Mehmet Kerem Günlü təqdim etmişdir. Koordinator məzunları təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Məzunlar Azərbaycanı tərk etmədən təhsil alma imkanı yaratdıqları üçün Türkiyə dövlətinə, Anadolu Universitetinə və əməyi keçən hər kəsə öz minnətdarlıqlarını bildirdilər.
Sonda məzunlar Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov və Anadolu Universiteti Mərkəz Büro görevlisi Mehmet Kerem Günlü ilə xatirə şəkli çəkdirmişlər.
#Distanttəhsil #Açıköğretim #universitet #AzerbaycanProgramları #AnadoluUniversiteti #Anadolu #distant #Mezunlarımız #Təhsil #distanttehsil #tələbələr
Updated: Jun 12, 2020
28 Noyabr 2018-ci il tarixində Anadolu Universiteti Azərbaycan Proqramları üzrə 2018-2019 Dərs ilinin Açılış Tədbiri keçirilmişdir.Tədbirə videokonfrans bağlantısı vasitəsilə Türkiyənin Eskişehir şəhərindəki “Anadolu Universiteti studiyası”ndan Anadolu Universitetinin rektoru Prof.Dr. Şafak Ertan Çomaklı, Açıköğretim Fakültəsi Dekanı Yücel Güney, Dekan müavini Doç.Dr.Alper Tolga Kumtepe, Açıköğretim Fakültəsi Dekan müavini Doç.Dr.Mehmet Fırat ,Açıköğretim Fakültəsi Dekan müavini Doktor Öğretim Üyesi Serpil Koçdar, İşletme Fakültəsi Dekan müavini Ergün Kaya, Açıköğretim Fakültəsi Öğrenme Teknolojileri Ar-Ge Birimi öğrenci müavini Aras Bozkurt, Emel Güler, Universitetin “Azərbaycan Proqramları Bakı studiyası”ndan Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, ATİB İH-nin Sədri Cemal Yangın,Türkiyənin Azərbaycandakı Səfirliyinin katibi Tuğba Uzel,Türkiyə Səfirliyinin Mətubat müşaviri Hamit Karadeniz, Anadolu Universiteti Azərbaycan Proqramlarının rəhbərlik və digər əməkdaşları və Anadolu Universitetinin Azərbaycandakı bir qrup tələbəsi iştirak etmişdirlər. Tədbiri giriş sözü ilə açan Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov Eskişehir studiyasında və Bakı studiyasındakı qonaqları salamlamış, hər iki studiyadakı qonaqları bir-birinə təqdim etmişdir və Anadolu Universitetinin Azərbaycandakı tələbələrini dərs ilinin açılışı münasibəti ilə təbrik etmiş, onlara yeni dərs ilində uğurlar arzulamışdır. Anadolu Universiteti Azərbaycan Proqramları haqqında geniş məlumat verən koordinator sonra sözü Anadolu Universiteti Rektoru Prof.Dr. Şafak Ertan Çomaklıya vermişdir. Rektor Şafak Ertan Çomaklı ilk önce Anadolu Universitetinin Azərbaycandakı tələbələrini təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır.Rektor Universitetin qarşısında duran,tələbələrə yönəlik işlər haqqında qısa bilgilər vermiş və növbəti aylarda Azərbaycana səfəri çərçivəsində Anadolu Universitetinin Azərbaycandakı tələbələri ilə görüşmək və onlarla daha yaxından tanış olmaq imkanının olacağını da bildirmişdir. Açıköğretim Fakültesi Dekanı Prof.Dr.Yücel Güney də öz növbəsində tələbələri yeni dərs ili münasibətilə təbrik etmişdir.Dekan Universitetin Azərbaycandan təhsil alan tələbələrinə xidmət verilməsindən çox məmnun olduğunu qeyd edərək, gələcəkdə yeni texnologiyalar vasitəsilə daha da uğurlu nəticələrin əldə ediləcəyini bildirmişdir.Yücel Güney Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyindən böyük dəstək aldığını da qeyd etmişdir. Anadolu Universitetinin tərəfdaşı olan ATİB İH-nin sədri Cemal Yangın öz çıxışında ötən 8 ilə nəzər salaraq dedi ki, hər iki ölkə tərəfindən dəstək alan bu layihənin Azərbaycanda reallaşması gündən-günə inkişaf edən Azərbaycan iqtisadiyyatı üçün çox əhəmiyyətlidir. Məqsəd əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadr hazırlamaqdan ibarətdir. Bu cür təhsil forması gənclərə təcrübə ilə təhsili birləşdirərək eyni vaxtda oxumağa və işləməyə imkan yaradır. Biz bundan sonra da əlimizdən gələn köməyi etməyə hazırıq söyləmişdir.Sonra Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin katibi Tuğba Uzel,Səfirliyin mətbuat müşaviri Hamit Karadeniz çıxış edərək Anadolu Universitetinin Azərbaycandakı türk vətəndaşları ilə yanaşı qardaş Azərbaycan vətəndaşlarına da uzaqdan təhsil yolu ilə təhsil imkanı yaratmasını təqdirə layiq olduğunu bildirmişdirlər. Tədbirdə iştirak edən Anadolu Universiteti 2015-ci ildə “İqtisadiyyat” fakultəsindən fərqlənmə diplomu ilə məzun olan Fidan Həsənzadə və Universitetin “Biznesin təşkili və idarə edilməsi” fakultəsinin “Beynəlxalq əlaqələr” bölümündən 4 illik bakalavr təhsilini 3 ilə bitirərək, fərqlənmə diplomu ilə məzun olmuş Gülər Qasımlı Anadolu Universitetinin yaratdığı imkanlar sayəsində yüksək ali təhsil aldıqlarını və bunun sayəsində bu gün Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışmaq imkanları əldə etdiklərini bildirdilər. Məhz buna görə,onlar bu imkanı yaratdıqları üçün Türkiyə dövlətinə, Anadolu Universitetinə və əməyi keçən hər kəsə öz minnətdarlıqlarını bildirdilər. Anadolu Universitetinin “Beynəlxalq münasibətlər” fakultəsinə “İngilis dili” bölümü üzrə yeni qəbul olan tələbəsi Ləman Göyüşova öz çıxışını elə ingilis dilində etdi. Ləman Göyüşova bildirdi ki, mən yüngül atletika üzrə idmançıyam. Respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edirəm və buna görə də mənim əyani formada təhsil almağım mümkün olmurdu,lakin bu il Anadolu Universiteti haqqında internet üzərindən məlumat aldım və hazırda Anadolu Universitetində ingilis dilində online formada ali təhsil almaqdayam. Buna görə öz adımdan və ailəm adından bizlər üçün bu imkanları yaradanlara təşəkkür edirik. Anadolu Universiteti Azərbaycan Proqramları Tələbə İşləri üzrə rəhbər Araz Hətəmzadə də çıxışı zamanı tələbə adını qazanmış gənclərə yeni dərs ilində uğurlar arzulamışdır.Daha sonra Eskişehir studiyasında Açıköğretim fakultəsi dekan müavinləri çıxış etdilər.Onlar da öz çıxışlarında müxtəlif vaxtlarda Azərbaycanda ezamiyyətdə olduqlarını, həmin vaxt Azərbaycan Proqramları tələbələri üçün Bakıda yaradılmış şəraitlə yaxından tanış olma fürsəti əldə etdiklərini və tələbələr üçün yaradılmış bu texniki imkanlardan məmnun olduqlarını bildirdilər. Və tədbirin ardından yeni qəbul olan tələbələr “Genel Muhasebe I” dərsindən ilk videokonfrans dərsə qatıldılar.
#Distanttəhsil #Açıköğretim #universitet #AzerbaycanProgramları #AnadoluUniversiteti #ATIB #Anadolu #distant #Tədbir #Təhsil #AnadoluÜniversitesi #distanttehsil #tələbələr #AzerbaycanProqramlari
Updated: Jun 3, 2020
Anadolu Universiteti təhsil-tədris sahəsində əldə etdiyi nailiyyətlərə bir yenisini də əlavə etməklə , Dünya Universitetləri Reytinq cədvəlində əvvəlki illərlə müqayisədə 9 pillə irəliləməklə mühüm nailiyyət əldə etmişdir. Londonda yerləşən , Böyük Britaniyanın ali təhsil reytinq agentliyi “Times Higher Education (THE) “ tərəfindən elan edilən “Dünya Universitetlərinin Sıralaması 2019” nəticələrinə görə , Anadolu Universiteti 2018-ci ilə nisbətən bütün performans göstəriciləri üzrə 9 pillə yüksələrək 8-ci sıraya daxil olub, bütün tədqiqat kateqoriyalarında isə 4-cü sıraya yüksəlib.
#AzerbaycanProgramları #AnadoluUniversiteti #Anadolu #Üniversite #AnadoluÜniversitesi #AzerbaycanProqramlari
Updated: Jun 12, 2020
Türkiyə Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü münasibətilə Azərbaycanda da silsilə tədbirlər keçirilməkdədir və xatırladaq ki, bugün 29 Oktyabr tarixində axşam saat 19:00-da Türkiyə Cümhuriyyətinin Azərbaycandakı
Səfirliyinin təşkilatçılığı ilə Cümhuriyyət gününə həsr olunmuş və Azərbaycan dövlət rəsmilərinin də iştirak edəcəyi rəsmi təntənəli tədbir keçiriləcəkdir.
Bu silsilə tədbirlər çərçivisəndə eyni zamanda 27 oktyabr tarixində Bakı Söhbət Toplantısı (BST) klubunun təşkilatçılığı ilə Bakı Boulvard Hotelində Türkiyə Cümhuriyətinin yaranmasının 95-ci ildönümü münasibətilə “Cumhuriyet Bayramı Balosu” keçirilmişdir.
Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral , Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turganer, Anadolu Universiteti Azərbaycan Programları koordinatoru Azər Hətəmov eyni zamanda Azərbaycandakı nüfuzlu türk qurumlarının rəhbərləri iştirak etmişdirlər.
Türkiyədən dəvət olunan sevilən müğənni Ege ve Orkestrası çıxışı ilə tədbiri rəngləndirmişdir. Kokteyllə başlayan tədbir musiqi və əyləncəli proqramla davam etmişdir.
#95ildonumu #Cumhuriyet #AzerbaycanProgramları #AnadoluUniversiteti #TürkiyəCümhuriyyəti #AnadoluÜniversitesi #AzerbaycanProqramlari
Updated: Jun 12, 2020
20 oktyabr 2018-ci il tarixində Türkiyənin Anadolu Dövlət Universitetində Azərbaycanı tərk etmədən, distant formada ali təhsil alaraq 2017-2018-ci tədris ilinin yekununda “ Bahar dönemi” və “3 Ders Sınavı”ndan məzun olan Aygün Şabanova (İktisat), Şəlalə Yusifli (İşletme), Zaur Zeynalov (İktisat) , Günay Qardaşova (İşletme), Rizvan Həmzəyev (İşletme), Röya Novruzlu (İşletme), Züleyxa Qasımova (İşletme), Aqil Muxtarov (İşletme) , Vaqif Yarıyev (İşletme) ,Yusif Poladov (İktisat) , Könül Umudova (İşletme) və Şəmnur Aslanovaya (İşletme) diplomları təqdim olunmuşdur.
Diplomları məzunlarımıza Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə təqdim etmişdir. Araz Hətəmzadə məzunları təbrik etmiş və onlara gələcək iş həyatlarında uğurlar arzulamışdır. Məzunlar da, çıxış edərək Anadolu Universitetinin onlar üçün yaratdığı imkan və fürsətə görə universitetin rəhbərliyinə və bütün kollektivinə öz təşəkkürlərini bildirmişdir. Sonda məzunlar Anadolu Universiteti Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə ilə xatirə şəkli çəkdirmişlər.
#Açıköğretim #AzerbaycanProgramları #AnadoluUniversiteti #Anadolu #distant #Mezunlarımız #AnadoluÜniversitesi #AnadoluMezunları #AzerbaycanProqramlari