Atatürk'ü saygıyla anıyoruz.

Bakı şəhəri, 8-ci mkr,
İbrahimpaşa Dadaşov küç. 74V.
(Azadlıq metrosunun yaxınlığı)
(+994 12) 563 09 09
(+994 12) 563 20 20
(+994 70) 892 07 07
Atatürk'ü saygıyla anıyoruz.
Updated: Aug 16, 2020
5 avqust 2020-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İH sədri Cemal Yangın və Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Anadolu Universiteti rektoru Prof. Dr. Fuat Erdalı ziyarət etmişdirlər. Koordinator Azər Hətəmov və ATİB sədri Cemal Yangın rektor Fuat Erdalı yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulamışdırlar.
Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru və ATİB İH sədri tərəfindən Anadolu Universiteti Azərbaycan Proqramlarının mövcud fəaliyyəti haqqında Prof.Dr. Fuat Erdala məlumat verilmiş və Türkiyə Cumhuriyyətinin Azərbaycandakı bu önəmli təhsil layihəsinin perspektivləri müzakirə olunmuşdur. Səmimi və qarşılıqlı məlumat mübadiləsi şəraitində keçən görüş Universitetin prorektorlarının və rektor müşavirlərinin də iştirakı ilə davam etdirilmişdir.
Koordinator Azər Hətəmov rektor Fuat Erdala üzərində ölkəmizə məxsus tarixi abidələrin əks olunduğu hədiyyə təqdim etmişdir.
Sonda rektor ziyarətlərindən dolayı onlara öz təşəkkürünü bildirmişdir.
#rektor #gorus #AzerbaycanProgramları #AnadoluUniversiteti #AnadoluÜniversitesi #AzerbaycanProqramlari
Updated: Jun 3, 2020
24 Yanvar 2020-ci il tarixində Şimali Kipr Türk Cümhuriyyətinin(ŞKTC) Bakı Təmsilçisi Ufuk Turganer və Təmsilçiliyin Təhsil və Mədəniyyət Ateşesi Tevfik Ulual Anadolu Universiteti Azərbaycan Proqramlarını ziyarət etdilər.
Hörmətli qonaqları qurumda çalışan əməkdaşlar və distant təhsil alan bir qrup tələbə çiçək dəstəsi ilə qarşıladılar.
ATİB İH üzvü, Universitetin Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov qonaqları salamlayaraq onları tələbələrə təqdim etdi.Həmçinin tələbələrə ŞKTC haqqında qısa məlumat verərək,qonaqlardan tələbələrə Şimali Kipr Türk Cümhuriyyəti haqqında ətraflı məlumat vermələrini xahiş etdi.ŞKTC Təmsilçisi Ufuk Turganer təmsil etdiyi ölkə haqqında məlumatlar verdi və bununla əlaqədar onları maraqlandıran sualları cavablandırdı. Səmimi şəraitdə çay süfrəsi ətrafında davam edən söhbətdən sonra Azər Hətəmov müəllifi olduğu kitabını və Anadolu Universitetinin “Güzel Sanatlar Fakültəsi”tərəfındən hazırlanan xüsusi hədiyyələri qonaqlara təqdim etdi.
#Baku #KKTC #AzerbaycanProgramları #şimalikipr #azerbaycan #AnadoluÜniversitesi
Updated: Jun 11, 2020
18 yanvar 2020-ci il tarixində Türkiyənin Anadolu Dövlət Universitetində Azərbaycanı tərk etmədən, distant formada Ali təhsil alaraq məzun olan Ləman Bağırova (İktisat), Nərgiz İbadullayeva (İşletme), Gülsün Pənahlı (İktisat), Nurlana Əlizadə (İktisat), Cabir Əzizov (İktisat ) və
Əzizə Nəzərovaya (Turizm və Otel işletmeciliği ) diplomları təqdim olundu.
Diplomları məzunlarımıza Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə təqdim etdi. Araz Hətəmzadə məzunları təbrik edərək , gələcək iş həyatlarında onlara uğurlar arzuladı. Məzunlar Anadolu Universitetinin onların təhsil almaları üçün yaratdığı bu imkan və fürsətə görə Universitetin rəhbərliyinə və Azərbaycan Proqramları kollektivinə öz təşəkkürlərini bildirdilər.
Sonda Azərbaycan Proqramları nümayəndəsi
Araz Hətəmzadə ilə xatirə şəkilləri çəkdirildi.
Updated: Jun 3, 2020
Türkiyənin “TRT AZƏRBAYCAN” Təmsilçiliyinin Başkanı Hörmətli Murat Akkoçun rəhbərliyi altında xüsusi müxbir Fatih Avanos,operator İlkin bəy və Təmsilçiliyin əməkdaşı Dursun bəy Anadolu Universiteti Azərbaycan Proqramlarında oldular. “TRT AZƏRBAYCAN” Təmsilçiliyinə dərin təşəkkürümüzü bildiririk
Updated: Jun 3, 2020
Oktyabrın 11-də Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin təşəbbüsü ilə Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Erkan Özoral, ATİB İH sədri Cemal Yangın, sədr müavini Avni Demirci, İdarə Heyətinin üzvi –Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, Milli Təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Nazirliyinin Baş İdarə rəisləri,Türkiyənin Azərbaycandakl Təhsil Müşaviri, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri və Azərbaycanın Türkiyədəki Təhsil müşaviri iştirak edirdilər. ATİB İH sədri Cemal Yangın və İH üzvi Azər Hətəmov ATİB-in müxtəlif təhsil layihələri haqqında məlumat verdilər və bu sırada Anadolu Universitetinin Azərbaycandakı Türkiyə və Azərbaycan vətəndaşlarına məsafədən verilən(“uzaktan eğitim-distant) təhsil sistemindən bəhs etdilər. Həmçinin bildirildi ki, Anadolu Universiteti Rektoru Şafak Ertan Çomaklı və Türkiyənin Azərbaycandakı Səfiri Erkan Özoral tərəfindən Anadolu Universitetinin Azərbaycandakı bu təhsil layihəsinə xüsusi önəm verilir və dəstək göstərilir. Milli Təhsil Naziri Ziya Selçuk Türkiyənin dövlət Universiteti olan Anadolu Universitetinin qardaş Azərbaycanda yaşayan Türkiyə və Azərbaycan vətəndaşlarına da uzaqdan təhsil verməsini təqdirəlayiq hesab etdiyini bildirdi.
#Açıköğretim #ATIB #Anadolu #Turkiye #azerbaycan #AnadoluÜniversitesi #ATİBİH #baki #Eğitim #AzerbaycanProqramlari
Updated: Jun 17, 2020
Bir dizi ziyaretlerde bulunmak ve çeşitli programlara katılmak üzere Eskişehir’e gelen Milli Eğitim Bakanı Prof. Dr. Ziya Selçuk, Anadolu Üniversitesi Rektörü Prof. Dr. Şafak Ertan Çomaklı ile makamında bir araya geldi. Anadolu Üniversitesi Atatürk Kültür Merkezi’nde gerçekleştirilen “Ziya Öğretmen İle Eğitim Buluşmaları” programından sonra Rektörlük Ofisinde gerçekleşen ziyarette Rektör Çomaklı, Bakan Selçuk’a Anadolu Üniversitesi hakkında bilgi verdi. Ziyaret sonrasında Milli Eğitim Bakanı Prof. Dr. Ziya Selçuk, Rektörlük Şeref Defterini imzaladı.
Updated: Jun 12, 2020
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bərpa edilən Anadolu Universiteti Respublika Tarixi Muzeyini təşkil edilən xüsusi mərasimlə açdı.
7 Sentyabr tarixində Eskişehri ziyarət edən Prezident Ərdoğan, Odunpazarı Müasir Muzeyin açılışının ardından Anadolu Universiteti Respublika Tarixi Muzeyinin də açılışını reallaşdırdı.
Anadolu Universiteti tərəfindən qısa müddətdə bərpa edilən muzey haqqında məlumatları Prezident Rəcəb Tayyib Ərdoğan Anadolu Universiteti Rektoru Prof. Dr. Şafak Ertan Çomaklıdan aldı.
https://bit.ly/2m923Xn
#AzerbaycanProgramları #AnadoluUniversiteti #Anadolu #AnadoluÜniversitesi #CumhuriyetTarihiMüzesi #AzerbaycanProqramlari
Updated: Jun 3, 2020
Azərbaycanda rəsmi səfərdə olan sayın Rektörümüz Prof.Dr. Şafak Ertan Çomaklı Anadolu Universiteti Azərbaycan Proqramlarına surpriz ziyarət etdi. Rektör Prof.Dr.Şafak Ertan Çomaklı Azərbaycandan Anadolu Universitetinin Açıköğretim sistemində burada təhsil alan öğrenciler üçün yaradılmış şəraitlə yaxından tanış oldu. Sonra burada staj keçən bir qrup öğrenci ilə səmimi şəraitdə görüşən Rektör Çomaklı onlara önəmli tövsiyyələrini verdi. Daha sonra Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov ,Universitetin Azərbaycandakı öğrencilərinə göstərdiyi diqqət və qayğıya görə hörmətli Rektora öz adından və Azərbaycandakı öğrencilər adından təşəkkürünü bildirdi.
#universitet #AzerbaycanProgramları #AnadoluUniversiteti #AnadoluÜniversitesi #AzerbaycanProqramlari
Updated: Jun 11, 2020
Anadolu Üniversitesinden farklı yönleri ile sosyal ağlar ve dijital oyunlar paneli Anadolu Üniversitesi rektörü Prof.Dr.Şafak Ertan Çomaklının hayata geçirdiği Sosyal Medya ve Dijital Güvenlik Eğitim,Uygulama ve Araştırma Merkezi(SODİGEM)tarafından “Farklı Yönleri ile Sosyal Ağlar ve Dijital Oyunlar”paneli düzenlendi.27Haziran Perşembe günü Atatürk Kültür ve Sanat Merkezi Opera ve Bale Salonu’nda düzenlenen panelde,sosyal medya ile dijital ortamda özellikle gençleri ölümü kadar sürükleyebilen oyunların yol açdığı tehlikeler ele alındı.Panele;Anadolu Üniversitesi Rektörü Prof.Dr.Şafak Ertan Çomaklı,Eskişehir İl Milli Eğitim Müdürü Hakan Cırıt ve SODİGEM Müdürü Doç.Dr.Levent Eraslan’ın yanı sıra üniversite yönetimi,öğretim elemanları,öğretmenler ile aileler katıldı. Eskişehir İl Milli Eğitim Müdürlüğü iş birliği ile düzenlenen etkinlikte,alanında uzman bilim insanları sosyal medya ve özellikle dijital oyunları enine boyuna ele aldı.Dijital dünyada gençlerin karşılaşabileceği tehlikeler ve bunlara karşı neler yapılması gerekdiğinin dile getirildiği panele,yoğun ilgi vardı.
#AnadoluUniversiteti #Anadolu #Üniversite #AnadoluÜniversitesi #AzerbaycanProqramlari
Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov Anadolu Universiteti rektoru vəzifəsinə təyin olunan Prof.Dr. Şafak Ertan Çomaklını ziyarət etmişdir. 18 Oktyabr tarixində Anadolu Universiteti rektorluq ofisində baş tutan görüşdə Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Prof. Dr. Şafak Ertan Çomaklını yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik etmiş, ona bu mühüm və məsuliyyətli vəzifənin icrasında uğurlar arzulamışdır. Səmimi şəraitdə keçən görüşdə həmçinin Anadolu Universiteti Azərbaycan Proqramlarının mövcud və gələcək fəaliyyəti müzakirə olunmuşdur.
#rektor #gorus #AzerbaycanProgramları #AnadoluUniversiteti #AnadoluÜniversitesi #AzerbaycanProqramlari
Updated: Jun 3, 2020
Anadolu Universitetinin Güz Dönemi Dönem Sonu imtahanlarına Universitet tərəfindən görevlendirilmiş nümayəndələr: Doç.Dr.Ahmet Deniz Turan və Öğr.Gör.Dr. Murat Sami Türker 8 fevral tarixində Anadolu Universiteti Azərbaycan Proqramlarında olmuşdurlar.Onlar Anadolu Universitetində Distant formada təhsil alan tələbələrə burada göstərilən xidmətlərlə,Qeydiyyat mərkəzinin fəaliyyəti ilə tanış olmuşdurlar.Həmçinin 9-10 fevral tarixlərində imtahanlarda iştirak edən Universitetin nümayəndələri, imtahan sonrası bir qrup tələbə ilə səmimi şəraitdə görüşmüşlər,onların suallarını cavablandırmışlar.Görüş zamanı eləcə də, tələbələrin Universitet haqqında fikir və təkliflərini öyrənərək, Eskişehirdə Universitetin rəhbər orqanlarında bu təklifləri müzakirə etmək məqsədilə lazımi qeydlər aparmışlar.
#metaslider_14508.flexslider .slides li {margin-right: 5px !important;}
#Distanttəhsil #Açıköğretim #AzerbaycanProgramları #AnadoluUniversiteti #Sınav #Təhsil #imtahan #AnadoluÜniversitesi #distanttehsil #AzerbaycanProqramlari
Updated: Jun 12, 2020
28 Noyabr 2018-ci il tarixində Anadolu Universiteti Azərbaycan Proqramları üzrə 2018-2019 Dərs ilinin Açılış Tədbiri keçirilmişdir.Tədbirə videokonfrans bağlantısı vasitəsilə Türkiyənin Eskişehir şəhərindəki “Anadolu Universiteti studiyası”ndan Anadolu Universitetinin rektoru Prof.Dr. Şafak Ertan Çomaklı, Açıköğretim Fakültəsi Dekanı Yücel Güney, Dekan müavini Doç.Dr.Alper Tolga Kumtepe, Açıköğretim Fakültəsi Dekan müavini Doç.Dr.Mehmet Fırat ,Açıköğretim Fakültəsi Dekan müavini Doktor Öğretim Üyesi Serpil Koçdar, İşletme Fakültəsi Dekan müavini Ergün Kaya, Açıköğretim Fakültəsi Öğrenme Teknolojileri Ar-Ge Birimi öğrenci müavini Aras Bozkurt, Emel Güler, Universitetin “Azərbaycan Proqramları Bakı studiyası”ndan Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, ATİB İH-nin Sədri Cemal Yangın,Türkiyənin Azərbaycandakı Səfirliyinin katibi Tuğba Uzel,Türkiyə Səfirliyinin Mətubat müşaviri Hamit Karadeniz, Anadolu Universiteti Azərbaycan Proqramlarının rəhbərlik və digər əməkdaşları və Anadolu Universitetinin Azərbaycandakı bir qrup tələbəsi iştirak etmişdirlər. Tədbiri giriş sözü ilə açan Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov Eskişehir studiyasında və Bakı studiyasındakı qonaqları salamlamış, hər iki studiyadakı qonaqları bir-birinə təqdim etmişdir və Anadolu Universitetinin Azərbaycandakı tələbələrini dərs ilinin açılışı münasibəti ilə təbrik etmiş, onlara yeni dərs ilində uğurlar arzulamışdır. Anadolu Universiteti Azərbaycan Proqramları haqqında geniş məlumat verən koordinator sonra sözü Anadolu Universiteti Rektoru Prof.Dr. Şafak Ertan Çomaklıya vermişdir. Rektor Şafak Ertan Çomaklı ilk önce Anadolu Universitetinin Azərbaycandakı tələbələrini təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır.Rektor Universitetin qarşısında duran,tələbələrə yönəlik işlər haqqında qısa bilgilər vermiş və növbəti aylarda Azərbaycana səfəri çərçivəsində Anadolu Universitetinin Azərbaycandakı tələbələri ilə görüşmək və onlarla daha yaxından tanış olmaq imkanının olacağını da bildirmişdir. Açıköğretim Fakültesi Dekanı Prof.Dr.Yücel Güney də öz növbəsində tələbələri yeni dərs ili münasibətilə təbrik etmişdir.Dekan Universitetin Azərbaycandan təhsil alan tələbələrinə xidmət verilməsindən çox məmnun olduğunu qeyd edərək, gələcəkdə yeni texnologiyalar vasitəsilə daha da uğurlu nəticələrin əldə ediləcəyini bildirmişdir.Yücel Güney Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyindən böyük dəstək aldığını da qeyd etmişdir. Anadolu Universitetinin tərəfdaşı olan ATİB İH-nin sədri Cemal Yangın öz çıxışında ötən 8 ilə nəzər salaraq dedi ki, hər iki ölkə tərəfindən dəstək alan bu layihənin Azərbaycanda reallaşması gündən-günə inkişaf edən Azərbaycan iqtisadiyyatı üçün çox əhəmiyyətlidir. Məqsəd əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadr hazırlamaqdan ibarətdir. Bu cür təhsil forması gənclərə təcrübə ilə təhsili birləşdirərək eyni vaxtda oxumağa və işləməyə imkan yaradır. Biz bundan sonra da əlimizdən gələn köməyi etməyə hazırıq söyləmişdir.Sonra Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin katibi Tuğba Uzel,Səfirliyin mətbuat müşaviri Hamit Karadeniz çıxış edərək Anadolu Universitetinin Azərbaycandakı türk vətəndaşları ilə yanaşı qardaş Azərbaycan vətəndaşlarına da uzaqdan təhsil yolu ilə təhsil imkanı yaratmasını təqdirə layiq olduğunu bildirmişdirlər. Tədbirdə iştirak edən Anadolu Universiteti 2015-ci ildə “İqtisadiyyat” fakultəsindən fərqlənmə diplomu ilə məzun olan Fidan Həsənzadə və Universitetin “Biznesin təşkili və idarə edilməsi” fakultəsinin “Beynəlxalq əlaqələr” bölümündən 4 illik bakalavr təhsilini 3 ilə bitirərək, fərqlənmə diplomu ilə məzun olmuş Gülər Qasımlı Anadolu Universitetinin yaratdığı imkanlar sayəsində yüksək ali təhsil aldıqlarını və bunun sayəsində bu gün Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışmaq imkanları əldə etdiklərini bildirdilər. Məhz buna görə,onlar bu imkanı yaratdıqları üçün Türkiyə dövlətinə, Anadolu Universitetinə və əməyi keçən hər kəsə öz minnətdarlıqlarını bildirdilər. Anadolu Universitetinin “Beynəlxalq münasibətlər” fakultəsinə “İngilis dili” bölümü üzrə yeni qəbul olan tələbəsi Ləman Göyüşova öz çıxışını elə ingilis dilində etdi. Ləman Göyüşova bildirdi ki, mən yüngül atletika üzrə idmançıyam. Respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edirəm və buna görə də mənim əyani formada təhsil almağım mümkün olmurdu,lakin bu il Anadolu Universiteti haqqında internet üzərindən məlumat aldım və hazırda Anadolu Universitetində ingilis dilində online formada ali təhsil almaqdayam. Buna görə öz adımdan və ailəm adından bizlər üçün bu imkanları yaradanlara təşəkkür edirik. Anadolu Universiteti Azərbaycan Proqramları Tələbə İşləri üzrə rəhbər Araz Hətəmzadə də çıxışı zamanı tələbə adını qazanmış gənclərə yeni dərs ilində uğurlar arzulamışdır.Daha sonra Eskişehir studiyasında Açıköğretim fakultəsi dekan müavinləri çıxış etdilər.Onlar da öz çıxışlarında müxtəlif vaxtlarda Azərbaycanda ezamiyyətdə olduqlarını, həmin vaxt Azərbaycan Proqramları tələbələri üçün Bakıda yaradılmış şəraitlə yaxından tanış olma fürsəti əldə etdiklərini və tələbələr üçün yaradılmış bu texniki imkanlardan məmnun olduqlarını bildirdilər. Və tədbirin ardından yeni qəbul olan tələbələr “Genel Muhasebe I” dərsindən ilk videokonfrans dərsə qatıldılar.
#Distanttəhsil #Açıköğretim #universitet #AzerbaycanProgramları #AnadoluUniversiteti #ATIB #Anadolu #distant #Tədbir #Təhsil #AnadoluÜniversitesi #distanttehsil #tələbələr #AzerbaycanProqramlari
Updated: Jun 3, 2020
Anadolu Universiteti təhsil-tədris sahəsində əldə etdiyi nailiyyətlərə bir yenisini də əlavə etməklə , Dünya Universitetləri Reytinq cədvəlində əvvəlki illərlə müqayisədə 9 pillə irəliləməklə mühüm nailiyyət əldə etmişdir. Londonda yerləşən , Böyük Britaniyanın ali təhsil reytinq agentliyi “Times Higher Education (THE) “ tərəfindən elan edilən “Dünya Universitetlərinin Sıralaması 2019” nəticələrinə görə , Anadolu Universiteti 2018-ci ilə nisbətən bütün performans göstəriciləri üzrə 9 pillə yüksələrək 8-ci sıraya daxil olub, bütün tədqiqat kateqoriyalarında isə 4-cü sıraya yüksəlib.
#AzerbaycanProgramları #AnadoluUniversiteti #Anadolu #Üniversite #AnadoluÜniversitesi #AzerbaycanProqramlari
Updated: Jun 12, 2020
Türkiyə Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü münasibətilə Azərbaycanda da silsilə tədbirlər keçirilməkdədir və xatırladaq ki, bugün 29 Oktyabr tarixində axşam saat 19:00-da Türkiyə Cümhuriyyətinin Azərbaycandakı
Səfirliyinin təşkilatçılığı ilə Cümhuriyyət gününə həsr olunmuş və Azərbaycan dövlət rəsmilərinin də iştirak edəcəyi rəsmi təntənəli tədbir keçiriləcəkdir.
Bu silsilə tədbirlər çərçivisəndə eyni zamanda 27 oktyabr tarixində Bakı Söhbət Toplantısı (BST) klubunun təşkilatçılığı ilə Bakı Boulvard Hotelində Türkiyə Cümhuriyətinin yaranmasının 95-ci ildönümü münasibətilə “Cumhuriyet Bayramı Balosu” keçirilmişdir.
Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral , Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turganer, Anadolu Universiteti Azərbaycan Programları koordinatoru Azər Hətəmov eyni zamanda Azərbaycandakı nüfuzlu türk qurumlarının rəhbərləri iştirak etmişdirlər.
Türkiyədən dəvət olunan sevilən müğənni Ege ve Orkestrası çıxışı ilə tədbiri rəngləndirmişdir. Kokteyllə başlayan tədbir musiqi və əyləncəli proqramla davam etmişdir.
#95ildonumu #Cumhuriyet #AzerbaycanProgramları #AnadoluUniversiteti #TürkiyəCümhuriyyəti #AnadoluÜniversitesi #AzerbaycanProqramlari
Updated: Jun 12, 2020
20 oktyabr 2018-ci il tarixində Türkiyənin Anadolu Dövlət Universitetində Azərbaycanı tərk etmədən, distant formada ali təhsil alaraq 2017-2018-ci tədris ilinin yekununda “ Bahar dönemi” və “3 Ders Sınavı”ndan məzun olan Aygün Şabanova (İktisat), Şəlalə Yusifli (İşletme), Zaur Zeynalov (İktisat) , Günay Qardaşova (İşletme), Rizvan Həmzəyev (İşletme), Röya Novruzlu (İşletme), Züleyxa Qasımova (İşletme), Aqil Muxtarov (İşletme) , Vaqif Yarıyev (İşletme) ,Yusif Poladov (İktisat) , Könül Umudova (İşletme) və Şəmnur Aslanovaya (İşletme) diplomları təqdim olunmuşdur.
Diplomları məzunlarımıza Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə təqdim etmişdir. Araz Hətəmzadə məzunları təbrik etmiş və onlara gələcək iş həyatlarında uğurlar arzulamışdır. Məzunlar da, çıxış edərək Anadolu Universitetinin onlar üçün yaratdığı imkan və fürsətə görə universitetin rəhbərliyinə və bütün kollektivinə öz təşəkkürlərini bildirmişdir. Sonda məzunlar Anadolu Universiteti Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə ilə xatirə şəkli çəkdirmişlər.
#Açıköğretim #AzerbaycanProgramları #AnadoluUniversiteti #Anadolu #distant #Mezunlarımız #AnadoluÜniversitesi #AnadoluMezunları #AzerbaycanProqramlari
Updated: Jun 12, 2020
19 iyul tarixində Azərbaycandan rəsmi səfərdə olan Türkiyənin Anadolu Dövlət Universitetinin Rektoru Prof.Dr.Naci Gündoğan Anadolu Universitetinin uzaqdan (məsafədən) təhsil alan Azərbaycandakı tələbələri üçün təskil edilmiş İKT xidmətləri göstərən, Universitetin Azərbaycandakı tərəfdaş qurumunda olmuşdur. Rektor Naci Gündoğan Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmovla və qurumun digər əməkdaşları ilə görüşmüş, burada məsafəli təhsilin texniki bazasındakı uzaqdan(distant)təhsilalma imkanları ilə yaxından tanış olmuşdur.
Daha sonra rektor Anadolu Universitetində uzaqdan təhsil yolu ilə təhsil almaq arzunda olan və bu məqsədlə qurumda Türk dili hazırlıq kursunda iştirak edən bir qrup kurs dinləyiciləri ilə görüşmüsdür.Prof.Dr.Naci Gündoğan onlara Anadolu Universiteti haqqında,xüsusilə Universitetin verdiyi uzaqdan təhsil sistemi ,xarici ölkələrdə,o cümlədən Avropada,Amerikada,Səudiyyə Ərəbistanda və s. dövlətlərdəki tələbələrinə uzaqdan verilən təhsil sistemi haqqında məlumat vermişdir.
Rektor həmçinin Anadolu Universiteti tərəfindən tələbələrin təhsillərinə yönəlik son vaxtlar görülmüş işlər, Universitetin həyata keçirdiyi layihələr haqqında məlumat verərək tələbələr və hazırlıq kursu iştirakçılarını maraqlandıran digər mövzulara toxunmuşdur. O, öz çıxışında tələbələrə diplomu aldıqdan sonra müasir dünyanın tələblərinə uyğun olaraq bir bakalavr təhsili ilə kifayətlənməməyi, geniş dünyagörüşünə malik olmalarını, dil biliklərini təkmilləşdirmələrini, daim öz üzərlərində işləmələrini tövsiyə etmişdir.
#Distanttəhsil #Açıköğretim #AzerbaycanProgramları #AnadoluUniversiteti #Anadolu #distant #Təhsil #AnadoluÜniversitesi #distanttehsil #tələbələr #təhsil #AzerbaycanProqramlari
Updated: Jun 4, 2020
1 may 2013-cü il tarixdə millət vəkili Qənirə Paşayeva Bakıda səfərdə olan Türkiyənin Anadolu Universitetinin rektoru, professor Davut Aydın və onu müşayiət edən rektorun müavini, professor Naci Gündoğan ilə görüşüb. Görüşdə Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov və Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə heyətinin sədri Cemal Yangın da iştirak ediblər. Görüşdə Anadolu Universitetinin rektoru, professor Davut Aydını və rektorun müavini, professor Naci Gündoğanı Bakıda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə daha da genişlənməsini vurğulayıb. Millət vəkili Q. Paşayeva Azərbaycan universitetləri ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlığın vacibliyini qeyd edib və Türkiyənin ən böyük universiteti olan və dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Anadolu Universitetinin Azərbaycandakı fəaliyyətinin getdikcə daha da genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkili Qənirə Paşayeva hər iki ölkənin orta və ali məktəblərində ortaq türk tarixinin, mədəniyyətinin tədrisinin vacibliyini də qeyd edib. Azərbaycanla əməkdaşlığa və Azərbaycandakı fəaliyyətlərini daha da genişləndirməyə xüsusi önəm verdiklərini deyən Anadolu Universitetinin rektoru, professor Davut Aydın Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib. O, rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib. Azərbaycan və Türkiyənin ümummilli lider H. Əliyevin dediyi kimi “bir millət iki dövlət” olduğunu vurğulayan rektor H. Əliyevin 90 illiyi yubileyi ərəfəsində Eskişehirdə Anadolu Universitetində türk dünyasının böyük lideri H. Əliyevin adını daşıyacaq “Məlumat və Araşdırma Mərkəzi” nin açılacağını və insanların, gənclərin istifadəsinə veriləcəyini vurğulayıb və millət vəkili Qənirə Paşayevanı da bununla bağlı tədbirə dəvət edib. Dəvət üçün Anadolu Universitetinin rektoru Davut Aydına təşəkkür edən millət vəkili Q. Paşayeva Anadolu Universitetinin Azərbaycana xüsusi münasibətinin məmnuniyyətverici olduğunu deyib və universitetin Azərbaycanla əməkdaşlığının daha da genişlənməsinin millətimiz və iki qardaş dövlət üçün də önəmli olduğunu qeyd edib. O, Anadolu Universitetinin yaxın günlərdə açılışı edəcəyi ümummilli lider H. Əliyev adına “Məlumat və araşdırma Mərkəzi” nin də dövlətlərimiz, millətimiz və xüsusilə böyüyən gənclik üçün gözəl işlər görəcəyinə inandığını deyib və belə bir mərkəzi yaratdıqları üçün Anadolu Universitetinin rektoru Davut Aydına və universitetin kollektivinə təşəkkürünü bildirib.
Updated: Jun 12, 2020
Əziz tələbələrimiz. Sizlərin çoxsaylı xahişlərini nəzərə alaraq növbəti imtahanlarınızda uğurlu nəticə əldə etməyiniz məqsədi ilə, daha öncəki illərdə də Anadolu Universiteti Azərbaycan Programlarında Matematik fənnindən ETÜT dərsləri verən, İrem Deliduman hocamız tərəfindən dərslər başlanmışdır. Bu fürsətdən yararlanmağa tələsin.
Sayın öğrencilerimiz ve öğrenci adaylarımız sizlerin sayısız isteklerinizi göz önüne alarak, geçirilecek sınavlarınızda daha başarılı olmanız için , önceki yıllarda da Anadolu Üniversitesi Azerbaycan Programlarında Matematikden ETÜT dersleri veren İrem Deliduman hocamız tarafından dersler başlanmışdır.Bu fırsatdan sizde faydalana bilirsiniz.
Updated: Jun 16, 2020
24-25 aprel tarixlərində Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Sonra Prezident İlham Əliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri məzarını ehtiramla ziyarət etmişdir. Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb.Hemin hemcinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası kecirilmişdir. Görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu”nu Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalamışlar.Onu da əlavə edək ki, həmin mərasimin iştirakçıları arasında Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) IH-nin sədri Cemal Yangın da olmuşdur.