
İxtisaslar
Bakalavr - Lisans
İqtisadiyyat Fakültəsi - İktisat Fakültesi
Menecment Fakültəsi - İşletme Fakültesi
Açıköğretim Fakültesi
Subbakalavr - Önlisans
Açıköğretim Fakültesi
Часто задаваемые вопросы
Universitet haqqında
Anadolu Universiteti harada yerləşir?
Anadolu Universiteti Türkiyə Respublikasının ərazisində yerləşir (Türkiye,Eskişehir) və Türkiyə dövlətinin mövcud qanunvericiliyi əsasında fəaliyyət göstərir. Xarici ölkələrdən də əcnəbilərin (digər ölkə vətandaşlarının) universitetə əyani ve distant qəbulu Türkiyə Respublikasının mövcud qanunvericiliyi əsasında həyata keçirilir.
Açıköğretim sistemində kurs anlayışı varmı?
Anadololu Universiteti Açıköğretim, İktisat, İşletme fakültələrində kurs anlayışı yoxdur. Bu səbəblə tələbələr 1-ci, 2-ci, 3-cü, 4-cü kurslara bölünməzlər. Tələbələr Payız semestrı imtahanlarını payızda, Yaz semestrı imtahanlarını isə yazda verməlidirlər. Kredit sistemində, subbakalavr ixtisaslarında Payız semestrı 1-ci və 3-cü yarım illərdən, Yaz semestrı isə 2-ci və 4-cü yarım illərdən; Bakalavr ixtisaslarında isə Payız semestrı 1-ci, 3-cü, 5-ci, 7-ci yarım illərdən, Yaz semestrı isə 2-ci, 4-cü, 6-cı, 8-ci yarım illərdən ibarətdir.
Sənədlər
Bakalavrproqramında təhsil alarkən Subbakalavr diplomu ala bilərəm?
Bakalavr tələbələrindən: İlk 4 yarım ildən ən az 120 AKTS kreditlik dərs alıb başarılı olanlar, 2547 saylı qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən zəruri dərslər olan, Türk- Dili I-II, Xarici- Dil I-II dərslərindən keçmiş olanlar, FF notu olmayanlar, Genel Not Ortalaması (GNO) 2,00 və üzərində olanlar Bakalavr proqramından qeydiyyatlarını sildirmək şərti ilə Subbakalavr məzunu ola bilərlər.
İmtahansız İkinci Universitet üçün lazım olan sənədlər hansılardır?
Tələbəyə aid olan rəsmi sənədləri valideynləri və ya yaxınları təhvil ala bilərmi?
Tələbəyə aid olan rəsmi sənədlər tələbənin özünə təqdim edilməkdədir. Tələbənin yaxınları notarial qaydada təsdiq edilmiş etibarnamə ilə müraciət etdikləri təqdirdə tələbəyə aid olan sənəd yaxınına təqdim edilə bilər.
Anadolu Universitetində təhsil aldığıma dair arayış ala bilərəm?
Qeydiyyatı aktiv olan tələbələrə “Öğrenci Belgesi”, Qeydiyyatı passiv olan tələbələrə isə “Öğrenim Durumu Belgesi” təqdim olunur. Tələbələr arayış istəklərini qeydiyyat mərkəzinə yaxınlaşaraq universitetə yazılı şəkildə bildirməlidirlər.
Tələbə biletimi itiridim... Yenisini necə ala bilərəm?
Tələbə biletinizi itirdiyiniz təqdirdə hər hansı bir qəzetin elanlar bölməsinə itirdiyinizə dair elan verib və həmin qəzeti qeydiyyat mərkəzimizə təqdim edərək, ərizə ilə müraciətinizi Anadolu universitetinə bildirib yeni tələbə bileti ala bilərsiniz.
Qəbul şərtləri
Bakalavrvə Subbakalavr ixtisaslarına keçid balı nə qədərdir?
Bakalavr ixtisasına qəbul olmaq üçün, keçid balı 170-dir. Subbakalavr ixtisasına qəbul olmaq üçün isə keçid balı 150-dir. Qəbul imtahan balının nəticəsinin hesablanması Türkiyə Cumhuriyyətinin mövcud bal şkalasına “Çan Eğrisi Not Sistemi”nə uyğun olaraq hesablanır.
Qəbul üçün lazım olan sənədlər hansılardır?
2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti.
Anadolu Universiteti Azərbaycan Proqramlarına sənəd qəbulu hansı tarixədək davam edəcək?
Hal-hazırda sənəd qəbulu davam etməkdədir.
İngilis dilli ixtisaslara qəbul qaydaları necədir?
İmtahanlar haqqında
Qəbul imtahanı hansı üsulla keçirilir?
Qəbul imtahanı Türkiyə Səfirliyinin dəstəyi və Anadolu Universitetinin nümayəndə heyyətinin iştirakı ilə Bakı şəhərində test üsulu ilə həyata keçirilir.
Qəbul imtahanı hansı fənlər üzrə keçirilir?
Anadolu Dövlət Universitetinə qəbul olmaq üçün necə hazırşamaq olar?
Abituriyentlərin qəbul imtahanında daha da uğurlu nəticə əldə etmələri üçün Türk Dili və Məntiq Riyaziyyat fənnlərindən Hazırlıq Kursları təşkil olunmuşdur. Dərsləri Türkiyədən gəlmiş türkiyəli müəllimlər və Türkiyə universitetlərinin bakalavr və magistr pilləsindən məzun olmuş təcrübəli müəllimlər keçir.
"Yaz Okulu" imtahanı nə üçündür?
Yaz okulu sizin daha tez məzun olmanız üçün əla fürsətdir. Yaz okulunda maksimum 5 dərs seçimi etmək olur və ödənişi digər dönəmlərə nisbətən daha az olur. Yaz okulunda istənilən dönəmdən (semestrdan) dərs seçimi etmək mümkündür.
İmtahan balımı necə hesablaya bilərəm?
Açıköğretim sisteminde imtahan balınız, imtahandakı doğru cavablarınızın sayının 5-ə vurulması ilə əldə edilən nəticənin imtahandakı səhv cavablarınızı 1,25-ə vurmaqla nəticənin çıxarılması ilə əldə edilməkdədir. Məsələn: 16 doğru 4 səhv etdiyiniz imtahanda, 16 doğrudan 80 bal alacaqsınız. 4 səhv isə aldığınız baldan 5 bal çıxmasına səbəb olacaqdır. Beləliklə, balınız 80-5=75 olcaqdır. Bu hesablama 20 ədəd sual üzrə hazırlanan 5 variantlı test imtahanları üçün keçərlidir.
Keçmiş illərə aid olan semestr imtahanın suallarına necə baxa bilərəm?
İmtahan zamanı tətbiq olunan qaydalar nələrdir?
Tələbə xidmətləri
Təhsil haqqı hansı şəkildə ödənilir?
Yeni qəbul olan tələbələr üçün təhsil haqqı nə qədərdir?
İllik təhsil haqqı seçilən ixtisas fərqi ilə 960- 970 avro arası dəyişir. Tələbə ilk il istisna olmaqla növbəti ildən etibarən təhsil haqqını iki semest üzrə (Payız və Yaz) ödəyə bilər.
Digər suallar
Təhsil prosesi hansı dildə tətbiq olunur?
Təhsil Türk- Dili və İngilis- Dilində aparılır.
İmtahansız İkinci Universitet və qaydaları nələrdir?
Türkiyədə əyani, distant formada təhsil alanlar, təhsilini donduranlar, Açıköğretim və əyani programlardan məzun olanlar “İmtahansız İkinci Universitet” şəklində eyni ixtisas olmamaq şərti ilə digər ixtisaslardan seçim edərək (Subbakalavr (Önlisnas) məzunları və tələbələri bakalavr ixtisası olmamaq şərti ilə önlisans ixtisaslarından seçim edərək) qeydiyyatdan keçə bilərlər.
Hal-hazırda başqa bir universitetdə, kollecdə əyani və ya qiyabi təhsil alan tələbələr Anadolu Dövlət Universitetində Distant formada paralel təhsil ala bilərmi?
Anadolu Universiteti Azərbaycan Programları vasitəsi ilə təhsil aldığınız universitetdən ayrılmadan seçdiyiniz ixtisas üzrə paralel təhsil ala bilərsiniz.
Anadolu Universitetində təhsil alma müddətində ixtisas dəyişdirmə mümkündürmü?
Anadolu Universiteti Açıköğretim Sistemində hər hansı bir ixtisas üzrə təhsil alan tələbələr tədris ilinin sonunda bütün imtahanlardan yüksək balla keçsələr belə, ixtisas dəyişdirmə edə bilməzlər. İxtisaslarını dəyişdirmək istəyən tələbələr universitetdən qeydiyyatlarını sildirərək, yenidən Qəbul İmtahanında iştirak edib yeni ixtisas seçimi edə bilərlər.
Anadolu Universitetinin təqdim etdiyi distant təhsil diplomlarının (bakalavr və subbakalavr) əyani təhsil diplomlarından fərqi varmı?
Anadolu Universiteti distant və əyani təhsil diplomarı arasında heç bir fərq qoymamaqdadır. Bu qərar ictimaiyyətə rəsmi şəkildə bildirilmişdir. Açıköğretim fakültəsindən məzun olan tələbələrin diplomarının üzərində Açıköğretim fakültəsi və proqramın adı yer almaqdadır. İktisat və İşletme fakültelerinden məzun olan tələbələrin diplomlarının üzərində İktisat və ya İşletme fakültəsi və proqramın adı yer almaqdadır. Ətraflı: http://aofsss.anadolu.edu.tr/sorogren.html
Anadolu Universiteti Açıköğretim Sistemi üzrə təhsil alan tələbə əyani təhsilə keçid edə bilərmi?
“Onur Belgesi” və “Yüksek Onur Belgesi” hansı şərtlərdə tələbəyə təqdim olunur?
Qeydiyyatı aktiv olan tələbələr: ən az 30 AKTS kredilik dərs alıb bütün dərslərdən müvəffəqiyyətli olan, Dönem Not Ortalaması (DNO) 3.50 və üzərində olan tələbələr “Yüksek Onur Öğrencisi”, not ortalaması 3.00 ilə 3.49 olanlar isə” Onur Öğrencisi” sayılır. Ancaq Disiplin Cezası olan və ya FF, YZ və DZ notu alan tələbələr göstərilən not ortalamasını toplasalar belə Yüksek Onur Öğrencisi və Onur Öğrencisi sayıla bilməzlər. Genel Not Ortalaması (GNO) 3.50 və üzərində olanlar “Yüksek Onur Mezunu”, 3.00 ilə 3.49-a qədər olanlar isə “Onur Mezunu” olarlar. Ancaq Disiplin Cezası olan məzunlar göstərilən Not Ortalamasını toplasalar belə Yüksek Onur Mezunu və Onur Mezunu sayıla bilməzlər.Ətraflı:https://aosdestek.anadolu.edu.tr/soru/53
Şəxsi məlumatlarımı necə dəyişdirə bilərəm ?
Tələbələr: Sistem üzərindən ünvan, mail ünvanı, telefon nömrələri və digər şəxsi məlumatlarını aof.anadolu.edu.tr ünvanından öğrenci otomosyonu bölümündən tələbə biletlərinin nömrəsi ilə daxil olub yeniləyə bilərlər. Şəxsi məlumatlarını yeniləyən tələbələr Qeydiyyat Mərkəzinə yaxınlaşıb bildirməlidirlər. Əks təqdirdə onlara yeniliklərlə və yeni qərarlarla bağlı sms-lər göndərilməyəcəkdir.
Anadolu Dövlət Universitetində təhsil almaq üçün yaş məhdudiyyəti varmı?
Türkiyə Proqramlarına necə keçid edə bilərəm?
Açıköğretim sistemi üzrə təhsil alan azərbaycanlı tələbələr Türkiyədə ən az 6 aylıq turistik olmayan Yaşayış icazəsi (Otumra İzni) və şəxsiyyət vəsiqələri ilə Türkiyədə Anadolu Universitetinin hər hansı bir xidmət bürosuna yaxınlaşıb keçid etmək istədiklərini bildirən ərizə yazaraq və Yaşayış İcazəsinin əslini təqdim edərək, qeydiyyatlarını Azərbaycan Proqramlarından Türkiyə Proqramlarına köçürə bilərlər.
E-kampüs sistemində yayımlanan Canlı dərsləri izləyə bilmədim, yenidən necə izləyə bilərəm?
1. Brauzerinizin ünvan barına https://ekampus.anadolu.edu.tr yazıb enter düyməsini tuşlayın.
Türkiyə Proqramlarından Azərbaycan Proqramlarına necə transfer edə bilərəm?
Azərbaycan proqramlarında açılan ixtisaslar ilə eyni ixtisas üzrə təhsil alanlar,